Bütün qaydaları eyni anda pozan sürücü övladını da təhlükəyə atıb “TikTok” çəkir - VİDEO

Sürücülərin yol hərəkəti qaydalarını pozmaları nəticəsində ölkə ərazisində hər gün qəza baş verir.
Avtosfer.az xəbər verir ki, artıq sürücülər yollarda pozduqları qaydaların videolarını sosial şəbəkələrdə paylaşmaqdan da çəkinmirlər.
“TikTok” platformasında təhlükəsizlik kəməri taxmadan avtomobil idarə edən Elvin adlı şəxs də öz videolarını paylaşıb. O, idarə etdiyi “BYD” markalı avtomobili əlini sükandan götürərək, yolda video çəkə-çəkə sürür. Arxa oturacaqda azyaşlı qızı olduğu halda, bu cür təhlükəli hərəkətlər edən sürücü videolarını sosial şəbəkə hesabında paylaşmaqdan da çəkinmir.
Üstəlik, cütlük video çəkərkən arxada əyləşən azyaşlı da təkbaşına qalıb, videoya baxmaq üçün önə əyilir və maşının qabaq oturacaqlarının arasında dayanır. Buna da vaideyn olaraq heç bir reaksiya bildirməyən şəxslər başa düşmür ki, ani tormozlama nəticəsində o uşaq maşından çölə “uçacaq”. Bütün qaydaları eyni anda pozan sürücü, həm özünün, həm də övladının həyatını təhlükəyə atıb.
Qeyd edək ki, əlini sükandan çəkməyə və təhlükəsizlik kəmərindən istifadə etməməyə görə sürücülər 40 manat məbləğində cərimə edilirlər.
Səfər
Yasamalda piyada keçidini “dayanacağa” çevirən sürücü - 77-VA-640 - VİDEO
Təmirli yolda nişanları görməzdən gələn sürücü təhlükəli manevr etdi - VİDEO
Maşını yolun ortasına atıb gedən sürücü hamıya mane oldu - 10-AZ-596 - VİDEO
Motosiklet sürücüləri yolun ortasında söhbətləşərək TƏHLÜKƏ YARATDILAR - VİDEO
Geriyə dönməyə son anda qərar verən sürücü iki maşına təhlükə yaratdı - VİDEO
Narkotik qəbul edib maşın qaçırdı - Rayona gedəndə postda tutuldu
İkitərəfli yolda dayanmış hansı sürücü qaydanı pozur? - CAVAB VER, HƏDİYYƏ QAZAN
Hərbi xidmətə getməyə hazırlaşan gənc "BMW" ilə "avtoş"luq etdi - Məhkəməyə düşdü
Keçiddən keçən piyadanı görməzdən gəlib yoluna davam etdi - VİDEO
Yol polisinin yanında avtobus zolağına girən "Ferrari" saxlanıldı - FOTO - VİDEO
Motosikletin qabağına qəfil çıxan yük maşını qorxulu anlar yaşatdı - VİDEO










