Bütün qaydaları pozan sürücü yol polisini görəndə "ayaqları əsdi" - 77-KK-814 - VİDEO

Bakıda qaydaları kobud şəkildə pozan sürücünün videosu avtomobildəki kameraya qeyd olunub. Avtosfer.az xəbər verir ki, hadisə martın 3-də paytaxtın Füzuli və Abdulla Şaiq küçələrində qeydə alınıb.
Belə ki, 77-KK-814 qeydiyyat nişanlı "BMW" markalı avtomobilin sürücüsü Füzuli küçəsində sürət həddini aşaraq qarşıdakı avtomobildən yol istəyib. O, küçənin sonuna qədər sol zolaqdakı avtomobillərdən yol verməyi tələb edib. Abdulla Şaiq küçəsi ilə kəsişməyə çatan zaman isə ən sol zolaqdan qəfil sağa dönərək təhlükəli manevr edib. Halbuki, yolun kənarına yerləşdirilmiş nişanlardan aydın şəkildə görünür ki, sol iki zolaq yalnız geriyə dönmək üçün, sağ iki zolaq isə yalnız sağa hərəkət etmək üçün nəzərdə tutulub.
Bütün qaydaları pozaraq önə keçməyə çalışan sürücü Abdulla Şaiq küçəsinə döndükdən sonra isə yol polisi əməkdaşlarını görərək sürətini kəskin şəkildə azaldıb. Beləliklə, tələsik hərəkət edərək hamıdan önə keçmək istəyən bu sürücü əslində istədiyinə nail ola bilməyib və sonda hamıdan geridə qalıb.
O, daha sonra qarşısında sürəti azaldan sürücünün arxasında dayanmaq əvəzinə qəfildən sol zolağa yerdəyişmə edərək arxadan gələn digər sürücüyə təhlükəli anlar yaşadıb.
Sözügedən videonu təqdim edirik.
Fərid
Məhdudlaşdırılan sürücülük hüququnu necə geri qaytarmaq olar? – Ekspert AÇIQLADI - VİDEO
“BMW” ilə avtoxuliqanlıq edib sosial şəbəkədə paylaşdı; başına iş gəldi - VİDEO
Maşını öz keyfiylə sürən qadın arxadakı sürücünün səbrini tükətdi - VİDEO
Avtoxuliqanlıq edən moto sürücüsü həbs edildi; vəsiqəsi əlindən alındı - VİDEO
Bu sürücü nə maşına yol verdi, nə də piyadaya - 77-VD-015 - VİDEO
"Gözünü yumub" manevr edən taksi sürücüsü qəza şəraiti yaratdı - VİDEO
Qayda pozan TIR sürücüsü yolayrıcında dəhşətli qəza törətdi; yaralı var - VİDEO
Bakıda tıxacdan qaçmaq istəyən sürücü polisdən qaça bilmədi - VİDEO
"AA" seriyalı avtomobilin sürücüsü yolu kəsdi - VİDEO
Şəhərin mərkəzində nişanlara məhəl qoymayan sürücü qaydanı pozdu - VİDEO
Yolayrıcını düzgün keçə bilməyən avtobus sürücüsü əks yola çıxıb maneə yaratdı - VİDEO









