Buzlu yolda “VAZ”ı fırladıb riskli manevrlər edən “avtoş” sürücü - 90-HR-507 - VİDEO

Yol-hərəkəti qaydalarını kobud şəkildə pozan sürücü özünü videoya çəkərək sosial şəbəkə hesabında paylaşıb.
Avtosfer.az-ın məlumatına görə, 90-HR-507 dövlət nömrə nişanlı “VAZ-2107” markalı avtomobilin sürücüsü yolda sərt manevrlər edib. Qəbələ rayonunda qeydə alınmış görüntüdə o, buzlu yolda avtomobili dəfələrlə fırladaraq drift şou göstərib. Bu zaman sürücü özüylə yanaşı digər avtomobillərə təhlükə yaradıb. Mingəçevir şəhəri ərazisində çəkilmiş videoda isə sürücü avtomobili qapısı açıq halda idarə edib və bədəninin yarısını maşından çölə çıxararaq görüntünü qeydə alan şəxslə danışıb.
Xatırladaq ki, sürücünün törətdiyi əməl avtoxuliqanlıq əməli sayıldığı üçün İnzibati Xətalar Məcəlləsinin 511.1-ci maddəsiylə nizamlana bilər.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Avtosfer.az-ın sorğusuna cavab olaraq bildirilib ki, görüntülər araşdırılır və qısa zamanda məlumat veriləcək.
Nərmin
Sol zolaqda dayanan sürücü həm yolu kəsdi, həm də sərnişini riskə atdı - VİDEO
Bakıda 50 nömrəli marşrut avtobuslarının son dayanacağı yenidən müəyyən olunacaq? - VİDEO
Qaydaları pozdu, sonra da polisə tabe olmadı
Maşının qarşısına qəfil çıxan yeniyetmə qəzanın bir addımlığından döndü - VİDEO
Ötmə qaydasından xəbəri olmayan sürücü manevr edib təhlükə yaratdı - VİDEO
Tıxacda dayanan qadın sürücü səkidə gəzən piyadaya görə cərimələndi - FOTO
Masazırda bir-biriylə yarışan moped sürücüləri yol boyu qəza şəraiti yaratdı - VİDEO
Bakıda hərəkətin intensiv olduğu yolu TIR-lar zəbt edib - VİDEO
Maşınına və nömrəsinə güvənən bu sürücü qanunu saymadı - 90-AZ-462 - VİDEO
Maşını həm girişin qarşısında, həm də səkidə park edərək hərəkətə çətinlik yaratdı - VİDEO
Sürücü evakuatoru işıqforun altında saxlayıb hərəkətə maneə yaratdı – 77-TE-419 - VİDEO










