“BYD”ni səkiyə dırmaşdırıb piyadaların və avtobusun yolunu kəsdi - 77-UZ-312 - VİDEO

Yol polisinin vaxtaşırı səkiləri zəbt edən sürücülərlə bağlı tədbir görməsi, bir çoxuna protokol tərtib etməsinə baxmayaraq, nəqliyyat vasitələrinin idarəçiləri bu gün də eyni qayda pozuntusunu təkrarlamağa davam edir. Üstəlik belə hallar artıq şəhərin mərkəzi küçələrində də qeydə alınır.
Avtosfer.az xəbər verir ki, Bakının Yasamal rayonunda sürücü avtomobili səkiyə dırmaşdırmaqla həm səkini, həm də avtobus dayanacağını zəbt edib.

Belə ki, rayonun Abbas Mirzə Şərifzadə küçəsində avtomobil idarəçilərinin tez-tez pozduğu belə qaydalar həm ictimai nəqliyyatın, həm də piyadaların hərəkətinə maneə yaradır. Sürücü“ASAN Xidmət” mərkəzinin yaxınlığındakı dayanacaqda “BYD” markalı 77-UZ-312 qeydiyyat nişanlı avtomobili park edib və ərazidən uzaqlaşıb. Nəticədə, avtobuslar öz dayaancağında yox, mərkəzin qarşısında saxlamalı olur. Piyadalar ya maşının önündəki kiçik boşluqdan keçməlidir, ya da avtomobil yoluna çıxaraq özlərini təhlükəyə atmalıdır. Onu da vurğulayaq ki, şəhərin bri çox küçə və prospektlərində bəzi avtomobil təmir və satış məntəqələri müştərilərinin, sahiblərinin maşınlarını "rahat" park edə bilməsi üçün yoldan səkiyə qalxa biləcək şərait yaradırlar. bu da hər dəfə səkilərin zəbt olunmasına gətirib çıxarır.
Qeyd edək ki, bu cür qayda pozan sürücülər qanunvericiliyə əsasən 60 manat və 2 balla cərimələnir.
Səfər
Avtoxuliqanlıq edən moto sürücüsü həbs edildi; vəsiqəsi əlindən alındı - VİDEO
Bu sürücü nə maşına yol verdi, nə də piyadaya - 77-VD-015 - VİDEO
"Gözünü yumub" manevr edən taksi sürücüsü qəza şəraiti yaratdı - VİDEO
Qayda pozan TIR sürücüsü yolayrıcında dəhşətli qəza törətdi; yaralı var - VİDEO
Bakıda tıxacdan qaçmaq istəyən sürücü polisdən qaça bilmədi - VİDEO
"AA" seriyalı avtomobilin sürücüsü yolu kəsdi - VİDEO
Şəhərin mərkəzində nişanlara məhəl qoymayan sürücü qaydanı pozdu - VİDEO
Yolayrıcını düzgün keçə bilməyən avtobus sürücüsü əks yola çıxıb maneə yaratdı - VİDEO
Reyddə saxlanılan sürücü sərxoş çıxdı: “Jurnalist çağırın” deyib dava saldı - VİDEO
Dönmə işığına arxayın olan "BakuBus" sürücüsü qəza şəraiti yaratdı - VİDEO
Masazırda yolu kəsən sürücü görün özünə necə haqq qazandırdı - VİDEO








