Cərimə ləğv olundu - Prezident dəyişikliyi təsdiqlədi

Azərbaycan Prezidenti İlham Əliyev "Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının qanununa və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinə dəyişikliklər edilməsi haqqında qanunları imzalayıb. Qanun qəbul edilənədək şəxsiyyət vəsiqəsinin və ya pasportun itirilməsinə və ya korlanmasına görə İnzibati Xətalar Məcəlləsində cərimə nəzərdə tutulmuşdu. Şəxsə əvvəlcə inzibati cərimə (30 manat) tətbiq edilir daha sonra isə, o, dövlət rüsumu ödəyərək yeni sənədi əldə edirdi. Yeni qəbul edilən Qanunlara əsasən şəxsiyyət vəsiqəsinin və ya pasportun itirilməsinə və ya korlanmasına görə inzibati məsuliyyət (30 manat cərimə) ləğv edilir və əvəzində dövlət rüsumunun məbləği (10 manat) artırılır. Bununla da vətəndaşlar həm əlavə məsuliyyət tədbirlərindən azad edilir, həm də inzibati icraatla əlaqədar sənədlərin tərtib edilməsinə görə sərf edilən vaxt itki istisna edilmiş olur.
"Dövlət rüsumu haqqında” qanuna edilmiş digər dəyişiklik arxiv sənədlərinin verilməsi ilə bağlıdır.
Əvvəlki qanunvericiliyə əsasən arxiv arayışları vətəndaşların müraciətlərinə əsasən 1 ay müddətində verilirdi. Lakin təcrübədə bir çox hallarda daha qısa müddətdə sənədlərin hazırlanması zərurəti yaranır, bu hal qanunvericilikdə nəzərdə tutulmadığı üçün təcili şəkildə belə sənədlərin verilməsi mümkün olmurdu. "Dövlət rüsumu haqqında” qanuna edilmiş dəyişikliyə əsasən vətəndaşlar arxiv arayışlarının və arxiv sənədlərinin təsdiq olunmuş surətlərinin daha qısa müddətdə 3 və ya 5 gün müddətində ala biləcəklər. Vətəndaşlar arxiv arayışlarının 3 gün müddətində alınması üçün 10 manat, 5 günə alınması üçün 5 manat məbləğində dövlət rüsumu ödəməklə sürətləndirilmiş qaydada bu arayışları ala biləcəklər.
Sənədləri təcili əldə etmək istəməyən şəxslər arxiv arayışlarını əvvəlki kimi pulsuz olaraq alacaqlar.
Bu yolda belə etməyin: Qayda pozanlar cərimələnir - VİDEO
Göz görə-görə velosipedçini sıxışdırıb təhlükəli anlar yaşatdı - VİDEO
Sumqayıtdakı bu dairə sürücüləri çaşdırır; qaydalar nə deyir? - VİDEO
Ona yol verməyən sürücüdən belə qisas aldı, ardınca isə… - 99-TL-953 - VİDEO
Qarşıdan gələn maşının yoluna qəfil çıxıb təhlükəli anlar yaşatdı - VİDEO
M4 sağ zolaqdan düz getdi: Qayda pozuntusudur, yoxsa avtobuslara icazə verilir? - VİDEO
Skuterlə yolayrıcına necə gəldi girib qəza təhlükəsi yaratdı - VİDEO
Aeroport yolunda yük avtomobili TƏHLÜKƏ SAÇDI - VİDEO - YENİLƏNİB
Avtoxuliqanlıq edən sürücü 15 sutka HƏBS EDİLDİ - FOTO
Yükü yola tökülə biləcək halda daşıyıb sürücüləri təhlükəyə atdı - VİDEO
Əks yola çıxan sürücü qarşıdan gələnlərə qəza şəraiti yaratdı - VİDEO












