Cərimə olunmasın deyə sürücülərin yolunu kəsdi - VİDEO
Qaydalar
22 Fevral 2023 13:49
Oxunub 1082
Paytaxtın Azadlıq prospekti ilə Məmməd Araz küçələrinin kəsişməsində qayda pozaraq digər sürücülərə maneə yaradan avtomobil görüntülənib.
Avtosfer.az xəbər verir ki, bu barədə sosial şəbəkələrdə video paylaşılıb. Belə ki, 90-VT-190 dövlət nömrə nişanlı, "KİA" markalı avtomobilin sürücüsü düzünə hərəkət zolağında dayanaraq sağa dönmək istəyir. Kameraların müşahidəsindən yayınmaq üçün isə bir qədər geridə dayanıb. Sağa yaşıl işıq yananda isə zolağı dəyişərək qayda pozmadan keçmək istəyir. Lakin digər sürücülərin yolunu kəsərək hərəkətinə maneə yaradır.
Videonu təqdim edirik:
ŞƏRH YAZ
DİGƏR XƏBƏRLƏR