Cərimədən yayınan sürücü "qaş düzəltdiyi yerdə vurub göz çıxardı" - VİDEO

Bakıda qaydaları pozan sürücünün videosunu oxuculardan biri qeydə alaraq redaksiyamızın qaynar xəttinə göndərib. Avtosfer.az xəbər verir ki, hadisə noyabrın 3-də, paytaxtın Zabrat yolunda baş verib.
Belə ki, 77-DU-162 qeydiyyat nişanlı "Toyota Prius" markalı avtomobilin sürücüsü sərnişin gözləyən zaman kobud qayda pozuntusuna yol verib. O, 2 bal 100 manat cərimə olunmamaq üçün avtobus zolağının yanındakı zolaqda dayanıb. Bu zaman arxadan gələn sürücülərin qarşısını kəsərək onların hərəkətinə mane olub.
Son zamanlar avtobus zolağı olan yollarda sərnişin mindirib-düşürən sürücülər cərimədən yayınmaq üçün məcburi şəkildə hərəkət zolağında dayanırlar. Bu, qayda pozuntusu hesab edilsə də, onların da hərəkəti başadüşüləndir. Çünki, sərnişin düşürmək üçün bu yollarda heç bir şərait yaradılmayıb. Onlar da məcbur şəkildə qayda pozmalı olurlar.
Könül Rauf
“BMW”ni avtobus dayanacağının içində park edən sürücü - 90-AA-346 - FOTO
Bakıda müəmmalı hadisə: Sürücü dayanan zaman qəza törətdi - VİDEO
Yolayrıcını düzgün keçməyən sürücü qəza vəziyyəti yaratdı - VİDEO
Məhdudlaşdırılan sürücülük hüququnu necə geri qaytarmaq olar? – Ekspert AÇIQLADI - VİDEO
“BMW” ilə avtoxuliqanlıq edib sosial şəbəkədə paylaşdı; başına iş gəldi - VİDEO
Maşını öz keyfiylə sürən qadın arxadakı sürücünün səbrini tükətdi - VİDEO
Avtoxuliqanlıq edən moto sürücüsü həbs edildi; vəsiqəsi əlindən alındı - VİDEO
Bu sürücü nə maşına yol verdi, nə də piyadaya - 77-VD-015 - VİDEO
"Gözünü yumub" manevr edən taksi sürücüsü qəza şəraiti yaratdı - VİDEO
Qayda pozan TIR sürücüsü yolayrıcında dəhşətli qəza törətdi; yaralı var - VİDEO
Bakıda tıxacdan qaçmaq istəyən sürücü polisdən qaça bilmədi - VİDEO








