Sürücü narazılıq etdi; DYP cavab verdi – BELƏ SƏKİ OLAR? – VİDEO

Bakının Atatürk prospektində avtomobilini saxlayan paytaxt sakini Çingiz Özgür cərimələndiyini bildirir.
Avtosfer.az xəbər verir ki, onun sözlərinə görə, polis əməkdaşları tərəfindən dayanma və ya durma qaydasını pozaraq səkidə park etdiyinə görə 60 manat və əlavə olaraq 2 bal cərimələnib.
Sürücünün iddiasına görə, polis dayanma yerinin səki olduğunu bildirib. Lakin Çingiz Özgür bununla razılaşmır. O qeyd edir ki, həmin ərazidə səkilər çox dar sahəni əhatə edir və bir neçə yerdə obyektlər tikildiyindən səki ardıcıllığı pozulub. “Ora səki sayılacaq bir yer deyil. Yolun kənarında binalar var və piyadalar üçün hərəkət zolağı davam etmir”, – deyə sürücü bildirib.
Bakı Şəhər DYP İdarəsinin bölmə rəisi Toğrul Nəsirli Avtosfer.az-ın sorğusuna cavab olaraq bildirdi ki, mövcud qanunvericiliyin tələblərinə əsasən səkidə nəqliyyat vasitələrinin dayanması və durması qadağandır və öz növbəsində inzibati məsuliyyət yaradır:

“Nəzərə almaq lazımdır ki, səki piyadaların rahat və təhlükəsiz hərəkət etməsi üçün nəzərdə tutulub”.
Eltac Zülfüqaroğlu
Maştağada qaydaları gözardı edən moped sürücüləri təhlükə saçdı - VİDEO
Bakıda tıxacdan qaçan “Range Rover” sürücüsü qəza törətdi - VİDEO
Narkotik istifadən edən sürücü 20 SUTKA HƏBS EDİLDİ - VİDEO
Səbəbsiz yerə tormoz verən sürücü ötməyə imkan yaratmadı - VİDEO
Azərbaycanlı rəqqasədən utancverici hərəkət: Butulkanı başına çəkib tapanca çıxardı - VİDEO
Gecə yarısı "ruçnoy" çəkən sürücü maşını belə fırlatdı - VİDEO
Qəza şəraiti yaratdı üstəlik qarşı tərəfi günahlandırdı – 99-HJ-022 - VİDEO
Bakıda “şou” göstərən motosikletçi az qala maşına çırpılacaqdı - VİDEO
Bakıda uşaq sürücünün qucağında maşın sürdü - VİDEO
Bu prospektdə avtobus zolağının saatları DƏYİŞDİRİLİB – VİDEO
Maşınların arasından əks yola çıxan sürücü az qala qəza törədəcəkdi - VİDEO












