Cərimələnən vətəndaşın müraciətinə DYP-dən operativ reaksiya - VİDEO - YENİLƏNİB

Bakı Şəhər DYP İdarəsinin baş inspektoru, polsi baş leytenantı Rüstəm Əhmədli sorğumuza cavab olaraq bildirdi ki, sözügedən elektron protokolla bağlı tərəfimizdən araşdırma aparılıb və məsələyə hüquqi qiymət verilib.

***
10:03
***
Bakıda haqsız yerə cərimələndiyini iddia edən sürücü redaksiyamızın qaynar xəttinə şikayət ünvanlayıb. Avtosfer.az xəbər verir ki, 77-PZ-698 qeydiyyat nişanlı "Toyota" markalı avtomobilin sürücüsü Üzeyir Hacıbəyli küçəsində yaşadığı binanın qarajından çıxaraq əsas hərəkət hissəsinə daxil olub. Bu zaman kamera vasitəsilə ona, yol nişanlarının tələbinə əməl edilmədiyi haqda 40 manat məbləğində cərimə yazılıb. Sürücü bildirir ki, qarajın çıxışında heç bir məcburi hərəkət istiqaməti nişanı quraşdırılmayıb. Eyni zamanda sözügedən ərazidə hərəkətin təşkilinə dəyişiklik edilən zaman Dövlət Yol Polisi İdarəsindən rəsmi şəkildə bildirilib ki, yaşayış binalarının qarajlarından çıxan sürücülər əsas hərəkət hissəsinə daxil ola bilərlər. Bu səbəbdən sürücü qayda pozmadığını və yazılmış cərimənin doğru olmadığını iddia edib.
O, həmin qərarın ləğv edilməsini xahiş edir.
Fərid



Boş yerə sığmayan sürücü ikinci cərgəni zəbt etdi - VİDEO
Bakı küçələrində “Hyundai”la “şou” göstərən sürücü – 90-VK-085 - VİDEO
Təhlükəli ötmə edən “Land Rover” sürücüsü az qala ağır qəza törədəcəkdi - REAL VİDEO
Qəza şəraiti yaradan avtobus sürücüsü əl-qol atıb qarşı tərəfi haqsız çıxardı - VİDEO
Bir həftəlik qazancını 30 saniyəyə qurban verən moto kuryer - VİDEO
Qabağa düşmək istəyən taksi sürücüsü əks yola çıxıb ötmə etdi - VİDEO
Sərxoş halda maşın sürən məşhur müğənni saxlanıldı
Avtobusu qulağında telefon idarə edən sürücünü vətəndaş İFŞA ETDİ - VİDEO
Masazırda özünə yer tapa bilməyən sürücü ard-arda qaydaları pozdu - VİDEO
Maşını yolun ortasında park edən sürücü hərəkətə çətinlik yaratdı - VİDEO
Keçiddə təhlükəli anlar: Sürücü az qala piyadanı vuracaqdı - REAL VİDEO










