Reklam

Cərimələr artırılsa da sürücülər hələ də avtobus zolağına niyə girir? – VİDEO

Qaydalar 31 İyul 2024 20:42 Oxunub 3374
Cərimələr artırılsa da sürücülər hələ də avtobus zolağına niyə girir? – VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Bakı küçələrində avtobus zolaqları ilə bağlı növbəti maarifləndici tədbirlər keçirilib.

Avtosfer.az xəbər verir ki, iyulun 31-də Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi tərəfindən paytaxtın Nizmai, Xətai, Yasamal və Nəsimi rayonlarında təşkil edilən tədbirlər zamanı avtobus zolağında hərəkət etmə və dayanmağa görə saxlanan sürüclərlə profilaktik söhbətlər aparılıb.



Paytaxtın Nəsimi rayonu, Füzuli küçəsində DYP əməkdaşları qayda pozan sürücülərlərlə maarifləndirici söhbət aparıb. Saxlanlan hərəkət iştirakçısı zolaqla bağlı məlumatsız olduğunu bildirib. Başqa bir sürücü isə qaydanı pozmasını sərnişin düşürməsi ilə əlaqələndirib.

Zivərbəy Əhmədbəyov küçəsində də avtobus zolaqlarının məşğul edilməsi ilə bağlı anoloji hallar yaşanıb. Yol polisinin xidməti avtomobilinin yaxınlaşdığını görən sürücülər uzaqlaşmağa çalışıblar.

Rəşid Behbudov küçəsində taksi və su şirkətlərindən birinə məxsus avtomobilin sürücüsünə avtobus zolağında dayandığına görə İnzibati Xətalar Məcəlləsinin 327.1-1-ci maddəsina əsasən 2 bal və 100 manat cərimələnə biləcəkləri ilə əlaqədar məlumat verilib.



Qeyd edək ki, maarifləndirici tədbir zamanı saxlanılan sürücülərə inzibati protokol tərtib edilməyib. Onlara yalnız avtobus zolaqlarında hərəkətin və dayanmanın qadağan olunması ilə bağlı xəbərdarlıq edilib.
Səfər Əlizadə

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh