"Cərimələr hər gün 1 faiz artacaq" - DYP-dən RƏSMİ AÇIQLAMA

2018-ci ilin yanvar-mart aylarında yol hərəkəti qaydaları əleyhinə aşkarlanmış inzibati xətaların sayı 2017-ci ilin müvafiq dövrü ilə müqayisədə 5,1% artaraq 786,2 min olub. Avtosfer.az Kommersant.az-a istinadən xəbər verir ki, xətaların 50,1%-i yolda müəyyən edilmiş hərəkət sürəti həddinin aşılması (ötən ilin müvafiq dövrü ilə müqayisədə 3,6% çox), 13,2%-i yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsi (47,2% çox), 12,6%-i dayanma və ya durma qaydalarının pozulması (12% çox), 10,4%-i işıqforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsi (4,4% az), 2,6%-i təhlükəsizlik kəmərini bağlamadan nəqliyyat vasitəsinin idarə olunması (24,8% az), qalan hissəsi isə digər səbəblər üzrə aşkarlanıb.
"İnzibati protokolların təhlili göstərir ki, piyadaların məsuliyyətə cəlb edilməsində azalma var".
Bunu Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Vaqif Əsədov bildirib. Onun sözlərinə görə, 3-9 sentyabrda Bakı şəhərində 189 piyada saxlanılaraq barələrində inzibati protokol tərtib olunub: "Avtomobillərin yüksək sürətlə hərəkət etdiyini göstərən avtomagistral yollarda piyadalar təyin edilməmiş ərazidən keçdikdə 40 manat məbləğində cərimə edilir. Piyadalar yolun hərəkət hissəsinin müəyyən olunmayan yerdən keçilməsinə görə isə 20 manat məbləğində cərimə edilir. Yeraltı, yerüstü piyada keçidləri və ya piyadaların hərəkəti üçün nəzərdə tutulmuş ərazilər əməkdaşlarımız tərəfindən tam nəzarətə götürülüb. Fiziki məhdudiyyətli şəxslər üçün Nərimanov rayonu ərazisində 4 işıqfor, "28 May" metrostansiyası yaxınlığında isə 1 işıqfor fəaliyyət göstərir. Piyadalarla aparılan fərdi söhbətlər protokollara nisbətən daha effektivdir".
Qurum rəsmisi qeyd edib ki, piyadalar arasında daha çox gənclər (tələbələr) məsuliyyətə cəlb olunur: "İnzibati xəta törədən hər bir hərəkət iştirakçısı (piyada, sərnişin, sürücü və s.) məsuliyyətə cəlb edilirsə, qanunvericiliyin tələbinə əsasən, qərar qəbul edildiyi gündən ilk 5 iş günü müddətində təyin edilmiş cəriməni ödəyirsə, həmin şəxsə avtomatik olaraq 10% güzəşt edilir. Həmin vaxt ərzində ödəmədikdə isə 1 ay müddətində təyin edilmiş cəriməni eyni məbləğdə olmaq şərtilə ödəyə bilər. Məbləğ 1 aydan sonra ödənilmədikdə isə vətəndaş hər gün üçün 1% cərimə edilir. Sürücülər 3 ay ərzində təyin edilmiş cəriməni ödəmədikdə avtomobil saxlanılaraq cərimə meydançasına aparılır. Sürücünün sürücülük hüququndan məhrum edilməsi məsələsi qaldırılır".
V.Əsədov vurğulayıb ki, cərimə istənilən bank, poçt və "Asan Xidmət" mərkəzləri vasitəsilə ödənilə bilər: "Cərimələrin ödənilməsini təmin etmək üçün yaşayış yeri üzrə sahə müvəkkillərinə məlumat veririk. Cəriməni ödəməli olan şəxslərin iş yerlərinə, təhsil aldıqları müəssisələrə bu barədə məlumat göndərilir. İctimai qınaq və maaş vasitəsilə məbləğin ödənilməsi təmin edilir. Piyadalara tərtib olunan inzibati protokollara görə ödənmədə qismən ödənməyən cərimələr var. Cərimənin ödənilməsi ilə bağlı İnzibati Xətalar Məcəlləsində həbs nəzərdə tutulmayıb. Ancaq hakimlər tərəfindən məbləğin əmlaka yönəldilməsi ilə bağlı səlahiyyətlər var".
Əks yola çıxıb qarşıdan gələn maşının yoluna girdilər - VİDEO
Bu yolda belə etməyin: Qayda pozanlar cərimələnir - VİDEO
Göz görə-görə velosipedçini sıxışdırıb təhlükəli anlar yaşatdı - VİDEO
Sumqayıtdakı bu dairə sürücüləri çaşdırır; qaydalar nə deyir? - VİDEO
Ona yol verməyən sürücüdən belə qisas aldı, ardınca isə… - 99-TL-953 - VİDEO
Qarşıdan gələn maşının yoluna qəfil çıxıb təhlükəli anlar yaşatdı - VİDEO
M4 sağ zolaqdan düz getdi: Qayda pozuntusudur, yoxsa avtobuslara icazə verilir? - VİDEO
Skuterlə yolayrıcına necə gəldi girib qəza təhlükəsi yaratdı - VİDEO
Aeroport yolunda yük avtomobili TƏHLÜKƏ SAÇDI - VİDEO - YENİLƏNİB
Avtoxuliqanlıq edən sürücü 15 sutka HƏBS EDİLDİ - FOTO
Yükü yola tökülə biləcək halda daşıyıb sürücüləri təhlükəyə atdı - VİDEO











