COP29 zolaqlarına giriş nə vaxtdan qadağan ediləcək? – EKSPERT AÇIQLADI - VİDEO

Son günlər ölkə ərazisində xüsusi təyinatlı nəqliyyat vasitələri üçün ayrılan zolaqlarda hərəkətlə əlaqədar digər nəqliyyat vasitələrinin idarəçilərinın çaşqın qalması halları artıb.
Avtosfer.az xəbər verir ki, paytaxtın bir sıra küçələrində təşkil edilən avtobus zolaqlarında hərəkətdən çəkinmək psixologiyası onları COP29 beynəlxalq konfransı zamanı qonaqların hərəkəti üçün nəzərdə tutulan zolaqlarda da hərəkət etməməyə sövq edir.
Belə ki, daha əvvələ sürücülər arasında apardığımız sorğulardan, eləcə də, sosial şəbəkə hesablarında təşkil etdiyimiz canlı yayımlar zamanı bildirilən rəylərdən də başa düşülür ki, sürücülər bunu cərimələnməkdən qorxmaları ilə əlaqələndirir.

Məsələ ilə əlaqədar dəfələrlə şərh bildirməsinə baxmayaraq sürücülərin hələ də COP29 zolağında hərəkətdən çəkinməsinin şəhərdə sıxlıq yaratdığını deyən nəqliyyat eksperti Elməddin Muradlı vurğulayıb ki, zolaqların siyahısı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi ilə dəqiqləşdirilib və həmin zolaqlarla hərəkətə icazə var:

“Noyabr ayının 1-ə qədər bu zolaqlarda hərəkət etmək olar. Həmin zolaqlarda COP29 tədbirinin loqosu və “BUS” yazısı var. Lakin zolağın hansısa hissəsində yol nişanı quraşdırılmadığı üçün, bu, bəzi sürücülərdə çaşqınlıq yaradır. Lakin bir neçə metr irəlilədikdəmn sonra siz yerdə bu cür loqo və yazı gördükdə çəkinmədən həmin zolaqdan istifadə edə bilərsiz”.
Sosal şəbəkədə hər zaman olduğu kimi vətəndaşların suallarını cavablandıran Elməddin Muradlının sosial şəbəkə hesablarımızdakı həmin canlı yayımının videosunu sizə təqdim edirik:
Səfər
Zolağa baxmadan manevr edən sürücü qəza təhlükəsi yaratdı - VİDEO
“BMW”ni avtobus dayanacağının içində park edən sürücü - 90-AA-346 - FOTO
Bakıda müəmmalı hadisə: Sürücü dayanan zaman qəza törətdi - VİDEO
Yolayrıcını düzgün keçməyən sürücü qəza vəziyyəti yaratdı - VİDEO
Məhdudlaşdırılan sürücülük hüququnu necə geri qaytarmaq olar? – Ekspert AÇIQLADI - VİDEO
“BMW” ilə avtoxuliqanlıq edib sosial şəbəkədə paylaşdı; başına iş gəldi - VİDEO
Maşını öz keyfiylə sürən qadın arxadakı sürücünün səbrini tükətdi - VİDEO
Avtoxuliqanlıq edən moto sürücüsü həbs edildi; vəsiqəsi əlindən alındı - VİDEO
Bu sürücü nə maşına yol verdi, nə də piyadaya - 77-VD-015 - VİDEO
"Gözünü yumub" manevr edən taksi sürücüsü qəza şəraiti yaratdı - VİDEO
Qayda pozan TIR sürücüsü yolayrıcında dəhşətli qəza törətdi; yaralı var - VİDEO









