Reklam

COP29 zolaqlarında hərəkət məhdudlaşdırıldı: Bu yol nişanı olan küçədə cərimələnəcəksiz - VİDEO

Qaydalar 1 Noyabr 2024 12:00 Oxunub 3824
COP29 zolaqlarında hərəkət məhdudlaşdırıldı: Bu yol nişanı olan küçədə cərimələnəcəksiz - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Bu gün artıq Azərbaycanda COP29 beynəlxalq konfransının başlanmasına 10 gün qalır. Tədbirin təşkili məqsədilə ölkə ərazisində, xüsusən də paytaxtın nəqliyyat sistemində bir sıra yeniliklər həyata keçirilir.

Avtosfer.az xəbər verir ki, Bakının bir sıra küçə və prospektlərində COP29 beynəlxalq konfransının iştirakçılarının rahat hərəkətini təmin etmək məqsədilə təşkil edilən xüsusi zolaqlar bugündən etibarən qüvvəyə minir. Artıq həmin zolaqlarda hərəkət edən sürücülər İnzibati Xətalar Məcəlləsinin 327.1-1-ci maddəsinə əsasən, 2 bal və 100 manat cərimə ediləcəklər.

Avtosfer.az saytının rəhbəri, nəqliyyat eksperti Elməddin Muradlı saytımızın sosial şəbəkə hesablarında canlı yayımda indiyədək zolaqlarla bağlı açıqlanan qaydaları şərh edib. O bildirib ki, zolaqlarda hərəkət edən digər nəqliyyat vasitələrinin sürücüləri o halda cərimələnə bilər ki, zolaqların olduğu hissələrdə sürücüləri tətbiq edilən məhdudiyyətlər barədə xəbərdaredici yol nişanı quraşdırılmış olsun və asfaltda konfransın loqosu qeyd edilsin:

“Əvvəldən də elan edilmişdi, COP29-un Əməliyyat Şirkəti də məlumat yaymışdı ki, noyabr ayının 1-nə qədər digər nəqliyyat vasitələrinin də zolaqlarda hərəkətinə icazə verilir və zolaqda hərəkət hansısa inzibati məsuliyyət yaratmayacaq. COP29 ölkəmiz üçün əhəmiyyətli tədbirdir. Bunu hamımız bilirik və tədbirin keçirilməsinin məsuliyyətini hər birimiz dərk etməliyik. Dövlətimizin keçirdiyi bu cür tədbirlərə hər birimiz vətəndaş olaraq dəstək olmalıyıq. Sürücülər də bu məsələni nəzərə alaraq zolaqlara daxil olmamalıdır. Tədbir ayın 11-dən etibarən başlayır”.

Elməddin Muradlının sonda şəbəkə sitifadəçilərinin sualalrını da cavabladığı həmin canlı yayımın videosunu sizə təqdim edirik:

Səfər

 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh