"Çörək qazanıram" ifadəsi məsuliyyətdən azad edir? - Sürücülər üçün

"Avtobus dayanacaqlarını zəbt etmək olmaz. Taksi sürücüləri çox zaman çörək pulu qazanmaq üçün avtobus duracaqlarını zəbt edirlər". Bu barədə Sputnik Azərbaycan-a Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin Yol Hərəkətinin Təhlükəsizliyinin Təbliği və İctimai qurumlarla Əlaqə bölməsinin rəisi, polis polkovniki Vaqif Əsədov bildirib. O deyib ki, avtobus duracaqlarının zəbt edilməsi qayda pozuntusu ilə olmaqla yanaşı, sərnişin qismində olan piyadaların hüququnun pozulması deməkdir: "Avtobus duracaqlarının zəbt edilməsi ictimai nəqliyyatı idarə edən avtobus sürücülərinin məcburi xəta törətməsinə şərait yaradır. Avtobus duracağı zəbt edilibsə, avtobus sürücüsü məcbur olaraq yolun hərəkət olan hissəsində dayanır, piyadalar avtobusa çatmaq üçün bir neçə addım atmalı olur. Yolun hərəkət hissəsində dayanmaq yolun daralmasına və həmin yolda sıxlığın yaşanmasına səbəb olur. "Mən çörək qazanıram", "Mən filankəsəm", "Görmədim, bilmədim" kimi ifadələrin söylənilməsi sürücüləri məsuliyyətdən azad etmir. Bu sözlər XIX əsrin ifadələridir".
Hüquqşünas Fərid Həmidli bildirib ki, avtomobillərin avtobus duracaqlarında saxlanılması İnzibati Xətalar Məcəlləsinin 346-cı maddəsi ilə tənzimlənir: "İnzibati Xətalar Məcəlləsinin 346.1. maddəsinə – dayanma və durma qaydalarının pozulmasına görə iyirmi manat məbləğində cərimə edilir, 346.2. maddəsinə – ümumi istifadədə olan nəqliyyat vasitələrinin dayanacaq meydançasında və ya 5.12, 5.13 yol nişanlarından 15 metrdən az yaxınlıqda digər nəqliyyat vasitələrinin dayanmasına və ya durmasına görə qırx manat məbləğində cərimə edilir, 346.3. maddəsinə – ümumi istifadədə olan nəqliyyat vasitəsini sərnişinləri mindirmək və ya düşürtmək üçün bu məqsədlə xüsusi olaraq müəyyən edilmiş dayanacaq meydançalarından və ya 5.12, 5.13 nişanları ilə işarələnmiş dayanacaq yerlərindən kənarda dayandırmağa görə yüz manat cərimə və 4 bal tətbiq edilir".
Zolağına sığmayan sürücü maşını sıxışdırıb qəza şəraiti yaratdı - VİDEO
Diqqət çəkmək istəyən sürücü qaydalara məhəl qoymadı – 50-DN-816 - VİDEO
Adacığın üzərindən sağa keçən taksi sürücüsü qəza şəraiti yaratdı - VİDEO
Qaranlıqda qəfil manevr edib qəza şəraiti yaratdı – 77-KC-374 - VİDEO
Əks yola çıxıb qəza şəraiti yaratdı, sonra qırmızıda keçdi - VİDEO
Maşının işıqlarını söndürüb taksi işləyən sürücü - VİDEO
Nəsimidə “şou” göstərən moped sürücüsü ölümə meydan oxudu - VİDEO
Qarşıdan gələn maşınlara yol vermədən əks yola çıxdı - 77-JR-972 - VİDEO
Bakıda “Hyundai” sürücüsü avtobusu digər zolağa sıxışdırdı - VİDEO
Bilərkdən qayda pozan sürücü özünə haqq qazandırdı - VİDEO
Bakıda qayda pozan “BYD” az qala motosikletlə toqquşacaqdı - VİDEO












