Avtosfer.az | Reklam
Dağılan yükü evakuatorla apararaq hamıya təhlükə yaratdı - VİDEO
Qaydalar 14 Sentyabr 2020 16:00 Oxunub 848
Dağılan yükü evakuatorla apararaq  hamıya təhlükə yaratdı - VİDEO

Bakıda hərəkət edən evakuator avtomobilinin təhlükə saçan görüntüsü sosial şəbəkədə yayılıb. Avtosfer.az xəbər verir ki, sentyabrın 12-i paytaxtın Neftçilər prospektində hərəkət edən evakuator avtomobilinin yük yerində armatur qırıqları aparılıb. Qeyd edək ki, evakuatorda bu cür yüklərin daşınması qanunsuzdur. Çünki sərt döngələrdə, yoxuşda, enişdə yükün dayanıqlığı pozularaq yolun hərəkət hissəsinə dağıla bilər. Bu isə bir başa real təhlükə mənbəyidir. Dəmir parçaları və bu tip digər əşyalar, kənarları bağlı yük avtomobilləri ilə daşınmalıdır.

 

Fərid

ŞƏRH YAZ
Ad

E-mail

Şərh