Banner

Dairədə avtomobili sıxışdıraraq qəza riski yaradan sürücü – 77-TA-666 - VİDEO

Qaydalar 29 Oktyabr 2025 16:30 Oxunub 1250
Dairədə avtomobili sıxışdıraraq qəza riski yaradan sürücü – 77-TA-666   - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Paytaxtın Səbail rayonu, Azneft dairəsində qayda pozan sürücü avtomobilin videoregistratoruna düşüb.

Avtosfer.az-ın məlumatına görə, hadisə oktyabrın 14-də saat 00:39 radələrində qeydə alınıb. Videodan göründüyü kimi, 77-TA-666 dövlət nömrə nişanlı “Hyundai” markalı avtomobilin sürücüsü manevr qaydasını pozub. Belə ki, öncədən düzgün zolaqda yerləşməyən sürücü əvvəlcə soldakı avtomobili sıxışdırıb, daha sonra qarşısına keçərək qəza şəraiti yaradıb.

Düzgün zolaqda yerləşməmək sürücülər arasında qəza riskini artırır, sıxlıq yaradır və yol hərəkətinin təhlükəsizliyini pozur. Hər bir sürücü öz zolağında hərəkət etməli, manevrləri diqqətlə etməli və digər nəqliyyat vasitələrinə mane olmamalıdır.

Nərmin

ŞƏRH YAZ
Ad

E-mail

Şərh