Dairədə maşınların arxasında gizlənən qadın piyada qorxunc anlar yaşatdı – ANBAAN VİDEO

Binəqədi rayonunda piyadalardan biri qeyri-adi üsulla yolu keçməyə çalışıb.
Avtosfer.az xəbər verir ki, paytaxtın Binəqədi rayonu Sulutəpə qəsəbəsində piyada yolu ona aid olmayan yerdən keçib.

Belə ki, Bakı-Sumqayıt şosesində taksi və ya avtobusdan düşdüyü ehtimal olunan qadın qəsəbə istiqamətində yolu keçməyə qərar verib. Lakin o bunu qaydaları kobud şəkildə pozaraq yerinə yetirib. Xocəsən dairəsinin ortası ilə yolu keçən qadın avtomobillərin arxasından qəfil çıxaraq nəqliyyat vasitəsinin sürücüsünə çətin anlar yaşadıb.
Sürücünün ayıq-sayıqlığı nəticəsində yol-nəqliyyat hadisəsi baş verməyib. Piyada xanım sürücünün qəfil tormozlaması zamanı özünü itirib, sonra isə dairəyə tərəf addımlayaraq avtomobilə yol da verməyə çalıışıb. Artıq piyadalarla bağlı acınacaqlı vəziyyət yaranıb. Sürücülər belə hallarda bir-birlərinə kömək etməlidirlər. Dairəni, yolayrıcını keçən bir avtomomobilin sürücüsü digərlərini məlumatlandırıcı siqnal verməlidir. Əks halda, bu vəziyyətlərdə piyadavurma hadisəsi baş verə bilər.
Səfər
“BMW”ni avtobus dayanacağının içində park edən sürücü - 90-AA-346 - FOTO - YENİLƏNİB
Narkotikin təsiri altında sükan arxasına keçən sürücü yenidən saxlanıldı - FOTO
Zolağa baxmadan manevr edən sürücü qəza təhlükəsi yaratdı - VİDEO
Bakıda müəmmalı hadisə: Sürücü dayanan zaman qəza törətdi - VİDEO
Yolayrıcını düzgün keçməyən sürücü qəza vəziyyəti yaratdı - VİDEO
Məhdudlaşdırılan sürücülük hüququnu necə geri qaytarmaq olar? – Ekspert AÇIQLADI - VİDEO
“BMW” ilə avtoxuliqanlıq edib sosial şəbəkədə paylaşdı; başına iş gəldi - VİDEO
Maşını öz keyfiylə sürən qadın arxadakı sürücünün səbrini tükətdi - VİDEO
Avtoxuliqanlıq edən moto sürücüsü həbs edildi; vəsiqəsi əlindən alındı - VİDEO
Bu sürücü nə maşına yol verdi, nə də piyadaya - 77-VD-015 - VİDEO
"Gözünü yumub" manevr edən taksi sürücüsü qəza şəraiti yaratdı - VİDEO










