Dairədə yol verməyən taksi digər sürücünü qəzəbləndirdi: “Tələsən mənimlə söhbət eləməz” - VİDEO

Paytaxtın Sabunçu dairəsində qayda pozan sürücü anbaan kameraya düşüb.
Avtosfer.az-ın məlumatına görə, hadisə yanvarın 31-i saat 18:28 radələrində qeydə alınıb. Videodan göründüyü kimi, taksi fəaliyyətiylə məşğul olan 77-KF-239 dövlət nömrə nişanlı “KIA Rio” markalı avtomobilin sürücüsü manevr qaydasını pozub. Belə ki, o, dönmə işığını yandıraraq dairəvi hərəkət təşkil edilmiş yolayırıcında növbəsini gözləmədən hərəkət edib. Bu zaman təhlükəylə üzləşən sürücü siqnal verərək xəbərdarlıq edib. Daha sonra isə sürücülər arasında kiçik mübahisə yaranıb. Sürücü qayda pozan şəxsə ona yol verməli olduğunu bildirib. Qarşılığında “tələsirəm” cavabını eşidən sürücü əsəbiləşib və “tələsən mənimlə söhbət eləməz” deyib.
Qeyd edək ki, bu qayda pozuntusu İnzibati Xətalar Məcəlləsinə əsasən 3 bal 80 manat cəriməylə nəticələnir.
Nərmin
Avtobus sürücüsündən TƏHLÜKƏLİ MANEVR: Qəza şəraiti yarandı - VİDEO
Sürət həddini 200-ə çatdıran sürücü saxlanıldı - Avtomobil duracağa yerləşdirildi – FOTO - VİDEO
Sol zolaqda dayanan sürücü həm yolu kəsdi, həm də sərnişini riskə atdı - VİDEO
Bakıda 50 nömrəli marşrut avtobuslarının son dayanacağı yenidən müəyyən olunacaq? - VİDEO
Qaydaları pozdu, sonra da polisə tabe olmadı
Maşının qarşısına qəfil çıxan yeniyetmə qəzanın bir addımlığından döndü - VİDEO
Ötmə qaydasından xəbəri olmayan sürücü manevr edib təhlükə yaratdı - VİDEO
Tıxacda dayanan qadın sürücü səkidə gəzən piyadaya görə cərimələndi - FOTO
Masazırda bir-biriylə yarışan moped sürücüləri yol boyu qəza şəraiti yaratdı - VİDEO
Bakıda hərəkətin intensiv olduğu yolu TIR-lar zəbt edib - VİDEO
Maşınına və nömrəsinə güvənən bu sürücü qanunu saymadı - 90-AZ-462 - VİDEO










