Dairəni düzgün tərk etməyən sürücü qəza törədib günahsız sürücünü səhv çıxartdı - VİDEO

Dairəvi hərəkət təşkil edilmiş yolayrıcı ən mürəkkəb yolayrıclarından hesab edilir. Təəssüf ki, əksər sürücülər qaydaları mükəmməl bilmədikləri üçün dairəyə istədikləri kimi daxil olub, istədikləri kimi də tərk edirlər. Belə sürücülərdən birinin görüntüsü kameraya düşüb. Avtosfer.az xəbər verir ki, hadisə Bakı-Şamaxı yolunda (Höküməli dairəsində) qeydə alınıb. Görüntünü qeydə alan avtomobilin sürücüsü dairəni tərk edən zaman manevr qaydasını pozaraq qəzaya səbəb olub. O, sol zolaqdan dairəni tərk edərək yük avtomobili ilə toqquşub. Lakin törətdiyi qayda pozuntusundan xəbərsiz olduğu üçün günahın yük avtomobilinin sürücüsündə olduğunu düşünüb.
"Yol hərəkəti haqqında" qanunun 42-ci maddəsinə görə, dairəyə istənilən zolaqdan daxil olmaq olar, lakin dairəni yalnız sağ zolaqdan tərk etmək lazımdır. Adi yolayrıclarında bir qayda olaraq sağa dönən sürücü sağ zolaqdan dönməli olduğu kimi, dairəni də yalnız sağ zolaqdan tərk etmək məcburidir.
Qeyd edək ki, dairəni sol zolaqdan tərk edən sürücülər İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə 40 manat məbləğində cərimə oluna bilərlər.
Fərid
Avtoxuliqanlıq edən moto sürücüsü həbs edildi; vəsiqəsi əlindən alındı - VİDEO
Bu sürücü nə maşına yol verdi, nə də piyadaya - 77-VD-015 - VİDEO
"Gözünü yumub" manevr edən taksi sürücüsü qəza şəraiti yaratdı - VİDEO
Qayda pozan TIR sürücüsü yolayrıcında dəhşətli qəza törətdi; yaralı var - VİDEO
Bakıda tıxacdan qaçmaq istəyən sürücü polisdən qaça bilmədi - VİDEO
"AA" seriyalı avtomobilin sürücüsü yolu kəsdi - VİDEO
Şəhərin mərkəzində nişanlara məhəl qoymayan sürücü qaydanı pozdu - VİDEO
Yolayrıcını düzgün keçə bilməyən avtobus sürücüsü əks yola çıxıb maneə yaratdı - VİDEO
Reyddə saxlanılan sürücü sərxoş çıxdı: “Jurnalist çağırın” deyib dava saldı - VİDEO
Dönmə işığına arxayın olan "BakuBus" sürücüsü qəza şəraiti yaratdı - VİDEO
Masazırda yolu kəsən sürücü görün özünə necə haqq qazandırdı - VİDEO











