Dairəvi yolda təhlükəli anlar: Səhv zolaqda gedən sürücü qəzadan son anda yayındı - VİDEO

Bakı Dairəvi yolunda (Lökbatan dairəsi istiqamətində) qayda pozan sürücü qəza şəraitinə səbəb olub.
Avtosfer.az-ın məlumatına görə, hadisə aprelin 15-də saat 08:24 radələrində qeydə alınıb. Hərəkətdə olan 77-CD-055 dövlət nömrə nişanlı “Chevrolet” markalı avtomobilin sürücüsü manevr qaydasını pozub. Belə ki, hərəkət istiqamətini dəyişmək istəyən sürücü sol zolaqdan qəfil sağa keçid edib və bu vaxt həmin zolaqdakı maşına təhlükə yaradıb. Görüntünü qeydə alan sürücü sağa manevr edərək baş verəcək qəzadan xilas olub.
Təəssüf ki, bu qayda pozuntusu sürücülər arasında ən geniş yayılanlarındandır. Onların bir qismi bu xətanın ağır nəticələrə səbəb olacağını düşünmür, hətta qaydanı pozan sürücüyə yol verilməsini daha məqbul zənn edir.
Təbii ki, videodakı kimi təhlükəli vəziyyətin yaranmaması üçün sürücü öncədən düzgün hərəkət zolağında yerləşməlidir. Eyni zamanda hər bir sürücü manevr etməzdən öncə zolağın boş olduğuna əmin olmalıdır.
Nərmin
Məhdudlaşdırılan sürücülük hüququnu necə geri qaytarmaq olar? – Ekspert AÇIQLADI - VİDEO
“BMW” ilə avtoxuliqanlıq edib sosial şəbəkədə paylaşdı; başına iş gəldi - VİDEO
Maşını öz keyfiylə sürən qadın arxadakı sürücünün səbrini tükətdi - VİDEO
Avtoxuliqanlıq edən moto sürücüsü həbs edildi; vəsiqəsi əlindən alındı - VİDEO
Bu sürücü nə maşına yol verdi, nə də piyadaya - 77-VD-015 - VİDEO
"Gözünü yumub" manevr edən taksi sürücüsü qəza şəraiti yaratdı - VİDEO
Qayda pozan TIR sürücüsü yolayrıcında dəhşətli qəza törətdi; yaralı var - VİDEO
Bakıda tıxacdan qaçmaq istəyən sürücü polisdən qaça bilmədi - VİDEO
"AA" seriyalı avtomobilin sürücüsü yolu kəsdi - VİDEO
Şəhərin mərkəzində nişanlara məhəl qoymayan sürücü qaydanı pozdu - VİDEO
Yolayrıcını düzgün keçə bilməyən avtobus sürücüsü əks yola çıxıb maneə yaratdı - VİDEO











