Daşıdığı yükü yola dağıdıb sürücülərə təhlükə yaratdı - VİDEO
Qaydalar 6 Mart 2021 11:05 Oxunub 868
Daşıdığı yükü yola dağıdıb sürücülərə təhlükə yaratdı - VİDEO

Bakı-Sumqayıt yolunda intizamsızlıq edən sürücünün videosu anbaan avtomobildəki kameraya düşüb. Avtosfer.az xəbər verir ki, 10-NX-426 qeydiyyat nişanlı "Qazel" markalı avtomobil martın 5-i Bakı-Sumqayıt yolu ilə hərəkət edərkən apardığı yük yola dağılıb. 
Avtomobilin yük yeri açıq olduğu üçün və daşıdığı yük bərkidilmədiyi üçün yola dağılıb.

"Yol hərəkəti haqqında" qanunda qeyd olunub ki, yükün düşməməsi, hərəkətə mane olmaması üçün sürücü hərəkətə başlamazdan əvvəl və hərəkət
vaxtı yükün yerləşdirilməsinə, bağlanmasına və vəziyyətinə nəzarət etməlidir.
Gördüyünüz kimi bu avtomobilin sürücüsü göstərilən tələblərə əməl etməyib.


Təbriz

ŞƏRH YAZ
Ad

E-mail

Şərh