Daşlı yolda nişanı heçə sayan sürücü avtomobilə ziyan vurub aradan çıxdı - VİDEO

Bəzi sürücülər ötmənin qadağan olunduğu yollarda yol nişanına məhəl qoymadan hərəkət edirlər. Halbuki, “Ötməni qadağan edən” (3.20) yol nişanı quraşdırılan yollarda sürücülər daha çox ehtiyatlı davranmalıdır. Bu nişan əsasən yolun dar, sürüşkən, daşlı-çınqıllı, döngəli və ya görünüşün məhdud olduğu yerlərində yerləşdirilir və sürücüləri mümkün təhlükələr barədə öncədən xəbərdar edir. Nişanın qüvvədə olduğu ərazidə ötmə yalnız xüsusi hallarda (təcili yardım, yanğınsöndürən və ya polis avtomobillərinə yol vermək üçün) icazəlidir.
Qaydanı pozaraq ötmə edən sürücülər isə həm özləri, həm də digər yol iştirakçıları üçün ciddi təhlükə yaradırlar.
Qeyd olunan məsələ ilə bağlı izləyicilərdən biri Avtosfer.az-ın “Instagram” ünvanına video göndərərək şikayət edib. Hadisə bir neçə gün əvvəl, günorta saatlarında Bakı–Qəbələ yolunda qeydə alınıb. Hərəkətdə olan 27-BG-377 dövlət nömrə nişanlı “Toyota Camry” markalı avtomobilin sürücüsü yol nişanına məhəl qoymadan önündəki maşını ötüb.
İzləyici bildirib ki, təmir səbəbindən yol əlverişsiz – daşlı və çınqıllı olduğundan, “Toyota” sürücüsü onu ötərkən avtomobildən qalxan daşlar onun maşınına dəyib. Nəticədə qayda pozan sürücü avtomobilin şüşəsinə və kənar hissələrinə maddi ziyan vurub. Zərərçəkmiş siqnal verərək “Toyota” sürücüsünə xəbərdarlıq etsə də, o, dayanmadan yoluna davam edib.
Nərmin
Sol zolaqda dayanan sürücü həm yolu kəsdi, həm də sərnişini riskə atdı - VİDEO
Bakıda 50 nömrəli marşrut avtobuslarının son dayanacağı yenidən müəyyən olunacaq? - VİDEO
Qaydaları pozdu, sonra da polisə tabe olmadı
Maşının qarşısına qəfil çıxan yeniyetmə qəzanın bir addımlığından döndü - VİDEO
Ötmə qaydasından xəbəri olmayan sürücü manevr edib təhlükə yaratdı - VİDEO
Tıxacda dayanan qadın sürücü səkidə gəzən piyadaya görə cərimələndi - FOTO
Masazırda bir-biriylə yarışan moped sürücüləri yol boyu qəza şəraiti yaratdı - VİDEO
Bakıda hərəkətin intensiv olduğu yolu TIR-lar zəbt edib - VİDEO
Maşınına və nömrəsinə güvənən bu sürücü qanunu saymadı - 90-AZ-462 - VİDEO
Maşını həm girişin qarşısında, həm də səkidə park edərək hərəkətə çətinlik yaratdı - VİDEO
Sürücü evakuatoru işıqforun altında saxlayıb hərəkətə maneə yaratdı – 77-TE-419 - VİDEO










