Xəttin üstünə çıxaraq davamlı "at çapanlar" - VİDEO
Söhbətə uzaqdan gəlsəm də, vəziyyəti dəqiq təsvir etmək üçün buna məcburam. Fransanın Yol hərəkət qanunvericiliyində belə bir ifadə var: “chevaucher la ligne continue”. Bunu Azərbaycan dilinə tərcümə etsək belə alınar: davamlı xəttin üstündə at çapmaq.
Bu səhər Babək prospektindən Yusif Səfərov küçəsinə gələrkən (saat 09.14) rastlaşdığım vəziyyət də məhz bu idi. Sürücülər (əlbəttə ki, hamı deyil) tuneldəki davamlı xəttin üstündə bir növ at çapır, şahmat oynayırdılar. Bu şahmat oyununda sürücü vaxt baxımından ən yaxşı halda saniyələr qazanır, və ya bir maşın irəli düşür. Əvəzində isə bu xırda qazanca görə həm özünə, həm də başqalarına təhlükə yaradır. Üstəgəl, birinin davranışı digərinə pis nümunə olur. Davamlı və ya qoşa xətti tapdalamaq və ya ortalamaq bütün milli və beynəlxalq qanunvericiliklərdə qadağandır. İstisna yalnız xüsusi avtomobillərədir. Mən isə bu gün həmin yerdə heç bir xüsusi təyinatlı avtomobilə rast gəlmədim.
Vüqar
Dairədəki maşını görə-görə yol verməyən sürücü qəza riski yaratdı - VİDEO
Zolağına sığmayan sürücü yolayrıcında qəza şəraiti yaratdı - VİDEO
Sumqayıtda təhlükəli anlar: İşıqforu və piyadanı gözardı edib şütüdü - VİDEO
Bu küçədə qaydasızlıq baş alıb gedir: Sürücülər yolayrıcında xaos yaradır - VİDEO
Sürücülər Çin maşınlarını səkidə saxlayıb piyadalara mane olur - FOTO
"Sürücülərə bu halda tətbiq edilməlidir" - Cərimə balı sistemi - VƏKİL
Orta zolaqdan geriyə dönən qadın sürücü az qala qəza törədəcəkdi - VİDEO
Maşının işığını yolboyu yandırıb-söndürərək digər sürücüləri narahat etdi - VİDEO
Sürücü maşının qarşısına çıxıb qəza şəraiti yaratdı, üstəlik etiraz etdi - VİDEO
Qabağa düşmək istəyən sürücü sarı işıqda keçib tıxaca qaldı - VİDEO
Nakotikin təsiri altında traktor sürdü - Sürücülük hüququndan 2 illik məhrum edildi











