Dayanacağa girməyən avtobus sürücüsü yolda sərnişin düşürüb-mindirdi - VİDEO

Paytaxtın Neftçilər prospektində qayda pozan avtobus sürücüsü kameraya düşüb.
Avtosfer.az-ın məlumatına görə, hadisə oktyabrın 27-də saat 09:37 radələrində qeydə alınıb.
Kadrlardan görünür ki, 99-JH-051 dövlət nömrə nişanlı “Iveco” markalı avtobusun sürücüsü dayanacağa daxil olmadan yolun kənarında saxlayaraq sərnişinləri mindirib-düşürür. Bu zaman o, digər nəqliyyat vasitələrinin hərəkətinə maneə yaradıb və sərnişinlərin təhlükəsizliyini risk altına qoyub.
Xatırladaq ki, qanunvericiliyə əsasən, ümumi istifadədə olan nəqliyyat vasitələrinin dayanacaq məntəqələrində dayanması və sərnişinlərin təhlükəsiz şəkildə minib-düşməsini təmin etməsi vacibdir. Sürücülər dayanma və durma qaydalarına əməl etməli, digər hərəkət iştirakçıları üçün maneə və təhlükə yaratmamalıdırlar.
Nərmin
Taksi çağıran sərnişin yer tapmadı – Duracağı zəbt etdilər - VİDEO
Ötmə qaydasını pozan sürücü təhlükə yaratdı, sonra "ara işlədi" - VİDEO
“Niva” sürücüsü qoşa xətdən sağa-sola keçib “hoqqa” verdi - VİDEO
Baş yoldakı maşını gözardı edən sürücü az qala qəza törədəcəkdi - VİDEO
Taksi duracağı şəxsi dayanacağa çevrildi – Sürücü yer tapa bilmədi - VİDEO
Yanaşı parklanan maşınlar yolu kəsib hərəkəti çətinləşdirirlər - FOTO
Yüksək sürətlə qırmızıda keçən sürücü piyadanı qorxuya saldı - VİDEO
Zolağına sığmayan sürücü maşını sıxışdırıb qəza şəraiti yaratdı - VİDEO
Diqqət çəkmək istəyən sürücü qaydalara məhəl qoymadı – 50-DN-816 - VİDEO
Adacığın üzərindən sağa keçən taksi sürücüsü qəza şəraiti yaratdı - VİDEO
Qaranlıqda qəfil manevr edib qəza şəraiti yaratdı – 77-KC-374 - VİDEO












