Dayanacaqlarda təhlükə yaradan avtobuslar - VİDEO

Dayanacaqlardakı avtobusun çıxmasını gözləməyən bir çox sürücü avtobusu yolun hərəkət hissəsində saxlayir. Nəticədə yol daralır, uzun tıxac yaşanır. Bu cür vəziyyətdə dayanmış avtobusadan düşüb- minən sərnişinlərin təhlükəsizliyi isə bir başqa məsələdi. Əməkdaşlarımız əsasən paytaxda yaşanan problemi araşdırıblar. Məsələn, paytaxtın Nərimanov və Xətai rayonlarında sürücülər dayanacaqdakı avtobusun çıxmasını gözləmir və yolun hərəkət hissəsində dayanaraq sərnişin düşürüb-mindirir. Bu da həm sərnişinlər, həm də dayanacqda dayanan digər avtobus sürücüləri üçün böyük təhlükə yaradır.
Qanunvericilikdə dayanacaqdan 15 metr önə və arxaya qədər məsafə avtobuslar üçün nəzərdə tutulub. Qanuna əsasən avtobuslar bir xətt üzrə deyilən məsafədə dayana bilərlər. Çəkiliş apardığımız zaman qaydaları kobud pozaraq yolun hərəkət hissəsində dayanan sürücülər digər həmkarlarını günahlandırırlar. Günün pik saatlarında isə bu sıxlıq hətta uzun tıxaca yol açır. Bakı Nəqliyyat Agetntliyinin sözçüsü Nuridə Allahyarova məsələdən xəbərdar olduqlarını və sahibkarlara ciddi xəbərdarlıq etdiklərini deyib.
Bakı şəhər Dövlət Yol Polis İdarəsinin bölmə rəisi, polkovnik Vaqif Əsədov daxil olan çoxsaylı şikayət əsasında belə sürücülərə qarşı mütəmadi reydlər keçirildiyini bildirib. Belə qayda pozuntusuna görə saxlanılan sürücülər 4 bal və 100 manat məbləğində cərimə tətbiq edilir.
Gəncədə KIA “Opel”lə toqquşdu - Yaralılar var - FOTOLAR
Qayda pozan sürücü təhlükə yaratdığı maşına siqnal da verdi - VİDEO
Narkotik qəbul edib sükan arxasına keçən şəxs həbs olundu - FOTO
“Yol ver” nişanını gözardı edən sürücü motosikletçini təhlükəyə atdı - VİDEO
Qaydaları hələ də mənimsəməyən sürücü yolayrıcında qəza şəraiti yaratdı - VİDEO
Qayda-qanundan danışan Səidə Bəkirqızı ardıcıl qayda pozdu - VİDEO
Şəhərin mərkəzində “hoqqa” verən velosipedçi görün özünə necə haqq qazandırdı - VİDEO
“VAZ” sürücüsündən təhlükəli manevr: Qarşıdan gələn maşının üzərinə sürdü - VİDEO
Bir zolağa yerləşməyən sürücü ikinci zolağa keçib motosikleti sıxışdırdı - VİDEO
Bakıda ticarət köşklərinin sahibləri soyuducuları ağaclara bağlayır – ŞİKAYƏT - FOTO
Qaydalara məhəl qoymayan sürücü qorxulu anlar yaşatdı - VİDEO










