Dayanmağa səbri çatmayan xanım sürücü motokuryerə qəza şəraiti yaratdı - VİDEO

Qaydalar 2 Avqust 2024 16:29 Oxunub 160
Dayanmağa səbri çatmayan xanım sürücü  motokuryerə qəza şəraiti yaratdı - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Bakıda sürücünün təhlükə saçan hərəkəti sosial şəbəkədə yayılıb.

Avtosfer.az xəbər verir ki, Nərimanov rayonu Albert Aqarunov küçəsindəki dairədə hərəkət edən motokuryer Həsən Əliyev küçəsindən dairəyə daxil olan sürücünün diqqətsizliyi ucbatından təhlükəli anlar yaşayıb.

Belə ki, 99-GD-919 qeydiyyat nişanlı “Hyundai” markalı avtomobilin qadın sürücüsü dairəyə daxil olan motosiklet sürücüsünə yol verməyərək qəza şəraiti yaradıb.

Qeyd edək ki, İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsinə əsasən, dairəvi hərəkət təşkil olunmuş yolayıcının keçilməsi qaydasını pozan xanım sürücü 3 bal və 100 manat məbləğində cərimə edilə bilər.

Səfər

ŞƏRH YAZ
Ad

E-mail

Şərh