Banner

Dəbilqəsiz sərnişin aparan sürücü qoşa xəttdən dönüb dayanacağa girdi - VİDEO

Qaydalar 16 May 2025 20:42 Oxunub 1794
Dəbilqəsiz sərnişin aparan sürücü qoşa xəttdən dönüb dayanacağa girdi - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Bakıda yol hərəkəti qaydasını pozan motosiklet sürücüsünün hərəkətləri kameraya düşüb. Avtosfer.az xəbər verir ki, hadisə martın 29-da, paytaxtın Hüseyn Cavid prospektində qeydə alınıb.

Belə ki, 99-K-519 qeydiyyat nişanlı motosikletin sürücüsü qoşa xəttin tələbini pozaraq sola avtobus dayanacağına dönüb. Videogörüntüdən də aydın şəkildə görünür ki, sürücünün arxasında əyləşən sərnişin dəbilqədən istifadə etməyib.

Qeyd edək ki, dəlbiqədən istifadə etməyən sərnişinin daşınmasına görə, motosiklet sürücüləri İnzibati Xətalar Məcəlləsinin 329.2-ci maddəsilə 40 manat məbləğində cərimə oluna bilərlər.

 

Fərid

ŞƏRH YAZ
Ad

E-mail

Şərh