Dəmiryol keçidində sürücülərin heç biri bu qaydaya əməl etmir: CƏRİMƏSİ VAR - VİDEO

Bakıda sürücülərin kütləvi şəkildə yol hərəkəti qaydalarını pozduqları bir görüntü oxucu tərəfindən redaksiyamızın qaynar xəttinə göndərilib. Avtosfer.az xəbər verir ki, video paytaxtın Əhməd Rəcəbli küçəsindəki dəmiryol keçidində çəkilib. Kadrlardan görünür ki, sürücülərin əksəriyyəti keçidin qarşısında qoyulmuş “stop” nişanına məhəl qoymur və dayanmadan yoluna davam edir. Demək olar ki, heç kim həmin nişanın tələbini yerinə yetirmir.
Xatırladaq ki, şlaqbaumla qorunmayan dəmiryol keçidlərində quraşdırılan “stop” nişanı mütləq dayanma tələb edir. Sürücü əvvəlcə dayanmalı, yaxınlaşan qatarın olub-olmadığını yoxlamalı, yalnız təhlükəsizliyə əmin olduqdan sonra hərəkət etməlidir. Təəssüf ki, baş verən bir çox ağır qəzalar məhz belə məsuliyyətsizlik və qayda pozuntuları səbəbindən yaşanır.
Qeyd edək ki, stop nişanında dayanmayan sürücülər İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsilə 40 manat məbləğində cərimə oluna bilər.
Fərid
Qaydaları kobud şəkildə pozan 15 yaşlı gənc 4900 manat cərimələndi - VİDEO
“Yol hərəkəti haqqında” qanunda dəyişiklik ediləcək - Qərar imzalandı
Qəza işıqlarını yandırıb maşını yolun ortasında park etdi; yolu bağladı - VİDEO
Tıxacda qabağa düşmək istəyən sürücülər qayda pozaraq yolu kəsdilər - VİDEO
Telefonu əlindən yerə qoymayan qadın sürücü az qala qəza törədəcəkdi - VİDEO
Sürətlə əks yola çıxan “Li” sürücüsü qəzadan son anda yayındı - VİDEO
Tıxacı görən sürücü yoluna davam etmək üçün əks istiqamətə çıxdı - VİDEO
Nəzarət kamerasının olmamasından istifadə edən sürücü qırmızıda keçdi - VİDEO
Başı söhbətə qarışan sürücü yolayrıcına necə gəldi girərək təhlükə yaratdı - VİDEO
Yolayrıcında qəfil zolaq dəyişən sürücü qəza şəraiti yaratdı - 99-GT-074 - VİDEO
Sağ zolaqdan qəfil sola dönən sürücü qəza şəraiti yaratdı - VİDEO











