Avtosfer.az | Reklam
Dənizə gedən sürücülər istirahətə yox, ölümə gedirlər - VİDEO
Qaydalar 10 Avqust 2020 14:27 Oxunub 1726
Dənizə gedən sürücülər  istirahətə yox, ölümə gedirlər - VİDEO

Ölkədəki karantin rejimi yumşaldılaraq insanların dənizə getməsinə icazə verildi. Dənizə gedənlərin sayı çox olduğu üçün yollarda da sıxlıq yaranmağa başlayıb. Sürücülər yaranmış sıxlıqda isə səbirsizlik edərək həmişəki kimi qayda pozmağa meyil edirlər.
Avtosfer.az xəbər verir ki, avqustun 8-i Novxanı yolunda hərəkət edən 10-KM-099 qeydiyyat nişanlı "BMW" markalı, 99-RP-307 qeydiyyat nişanlı "Hyundai Elantra" markalı və 10-HN-600 qeydiyyat nişanlı "Range Rover" markalı avtomobillərin sürücüləri 1.3 qoşa xəttin tələbini pozaraq əks istiqamətlə axına qarşı hərəkət ediblər.

Qeydə alınmış görüntünü sizə təqdim edirik.

 

Təbriz

ŞƏRH YAZ
Ad

E-mail

Şərh