“Dərnəgül yolu”nda BakuBus avtobusuna yol verən sürücünü arxadan vurdular – VİDEO
Qaydalar 2 Avqust 2021 13:09 Oxunub 12950
“Dərnəgül yolu”nda BakuBus avtobusuna yol verən sürücünü arxadan vurdular – VİDEO

Ziya Bünyadov prospektində baş verən yol qəzası kameraya düşüb. Avtosfer.az xəbər verir ki, hadisə “Çermet” körpüsünün yanında baş verib. Yerüstü piyada keçidinin altından sola manevr edərək körpüyə çıxmağa çalışan BakuBus avtobusuna yol vermək üçün dayanan “Chevrolet” markalı, 90 ZK 519 dövlət nömrə nişanlı avtomobil arxadan "Mercedes" markalı digər avtomobil tərəfindən vurulub. Qəzanı törədən sürücü videonu Avtosfer.az-a göndərərək iddia edir ki, qəzaya səbəb BakuBus avtobusu olub. Çünki dayanacaqdan qəflətən yola çıxaraq manevr edib. Yəni, avtobusun dayandığı yerin dayanacaq olub-olmaması məlum deyil. Üstəlik, dayanacaq olsa belə ikinci cərgədə dayanıb və bir neçə zolağı kəsərək sola manevr edir.

Ümumilikdə isə ərazidə hərəkətin təşkili ilə bağlı qüsurların olduğunu qeyd etmək yerinə düşər. Yəqin ki, bu səbəbdən baş verən qəzalar nə birinci deyil, nə də sonuncu olacaq.

Avtobusa yol vermək məsələsinə gəlincə, qanunda qeyd olunur ki, yaşayış məntəqəsində dayanacaqdan çıxan avtobusa digər sürücülər yol verməlidir. Amma avtobus sürücüləri də diqqətli olmalıdır ki, yaxınlaşan avtomobillərin yoluna çıxıb bu cür qəzalara səbəb olmasınlar. Ziya Bünyadov prospekti yaşayış məntəqəsi sayılır, lakin bəzi hissələrdə yüksək sürət rejimi (90 km/saat) tətbiq edilir. Bu da orada tez-tez ağır qəzalara səbəb olur.

 

Elməddin

ŞƏRH YAZ
Ad

E-mail

Şərh