Diqqət - Bunsuz səyahət etməyin - VİDEO

Bir çoxlarımız ya bayramlarda, ya yay tətilində, ya da işlə əlaqədar olaraq müxtəlif xarici ölkələrə səfər edirik. Maraqlısı isə odur ki, əgər bizdən getdiyimiz ölkənin qaydalarına uyğun səyahət sığortası tələb olunmursa, onun haqqında heç düşünmürük də. Halbuki, hər an hansısa bir hadisə baş verə bilər. Ekspertlər hesab edirlər ki, dünya təcrübəsində çox geniş istifadə edilən bu sığorta növü olduqca vacibdir.
Bir çoxlarının səyahət sığortasından heç xəbəri də yoxdur, bəziləri isə hansısa problem baş verməmiş onu lazımsız hesab edirlər. Halbuki, xaricdə olarkən istər səhhət, istərsə də baqajın itməsi ilə bağlı bir çox problemlər yarana bilər. Səyahət sığortası tibbi xərclərlə yanaşı, vətəndaşın müalicə aldığı zaman yaxınlarının onun yanına gətirilməsi, ehtiyac yarandıqda övladlarının hadisə baş vermiş ölkədən evlərinə çatdırılması, hətta baqajın itirilməsi ilə bağlı dəyən ziyanın ödənilməsi kimi bir sıra məsələləri əhatə edir.
Sığorta eksperti Abbas Babayev deyir ki, səyahət sığortası ən ucuz sığorta növlərindən biri olduğuna görə əslində o, hər bir turist üçün əlçatandır.
Avropa ölkələri isə təminat məbləğinin tələbini daha yüksək qoyduğundan, bu istiqamət üçün sığorta haqqları bir qədər fərqlənir. "Şengen" zonasına daxil olan ölkələrə gedənlər 30 min avro, Amerika Birləşmiş Ştatlarına səfər edənlər isə 50 min dollar məbləğində sığortalanmalıdırlar. Bu paketlərin 1 həftəlik qiyməti isə cəmi 15-20 manatdır.
Zolağına sığmayan sürücü maşını sıxışdırıb qəza şəraiti yaratdı - VİDEO
Diqqət çəkmək istəyən sürücü qaydalara məhəl qoymadı – 50-DN-816 - VİDEO
Adacığın üzərindən sağa keçən taksi sürücüsü qəza şəraiti yaratdı - VİDEO
Qaranlıqda qəfil manevr edib qəza şəraiti yaratdı – 77-KC-374 - VİDEO
Əks yola çıxıb qəza şəraiti yaratdı, sonra qırmızıda keçdi - VİDEO
Maşının işıqlarını söndürüb taksi işləyən sürücü - VİDEO
Nəsimidə “şou” göstərən moped sürücüsü ölümə meydan oxudu - VİDEO
Qarşıdan gələn maşınlara yol vermədən əks yola çıxdı - 77-JR-972 - VİDEO
Bakıda “Hyundai” sürücüsü avtobusu digər zolağa sıxışdırdı - VİDEO
Bilərkdən qayda pozan sürücü özünə haqq qazandırdı - VİDEO
Bakıda qayda pozan “BYD” az qala motosikletlə toqquşacaqdı - VİDEO












