Diqqət: maşınınızın alışmasını istəmirsizsə... - Ekspert

Bu sözləri Axar.az-a açıqlamasında “Digesta” hüquq firmasının direktoru, ekspert Ərşad Hüseynov söyləyib.
“Son zamanlar avtomobillərin alışıb yanması halları ilə tez-tez qarşılaşırıq. Belə hallar ən çox köhnə avtomobillərdə müşahidə edilir. Avtomobillərin alışıb yanmasına birinci səbəb elektrik naqillərində problemlərin yaranmasıdır. Avtomobilin işıq cihazının, siqnalının dəyişdirilməsi, kondisioner filtrlərinin yerlərinin dəyişdirilməsi ilə naqillərin düzgün bağlanmaması standartdan kənar müdaxilədir. Avtomobillərə əlavə elektriklə işləyən cihazların qoşulması zamanı naqillərin nəzərə alınmaması, onların dözümlülük dərəcəsinin müəyyənləşdirilməməsi, hansı naqilin hansı cərəyan şiddətini saxlaması, hansı müqavimətə hesablandığı haqqında səriştəsizlik avtomobillərin sistemində problemlərin yaranmasına səbəb olur. Nəticədə avtomobilin elektrik şəbəkəsində ya həddən artıq yüklənmə baş verir, ya da açıq boşluqlar olur ki, bu da qığılcım əmələ gətirir və avtomobilin alışıb yanması baş verir. Avtomobillərin mühərriki həmişə isti olur, mühərrikin ətrafı plastik kütlədən yanan materiallarla əhatə olunub. Bunlar avtomobilin qığılcımla tez bir zamanda alışmasına şərait yaradır”, – Hüseynov bildirib.
Ekspert sürücülərə avtomobili alarkən xüsusi baxışdan keçirməyi məsləhət görüb:
“Avtomobillərin xarici ölkələrdən gətizdirilməsi zamanı ustalara göstərilməsi vacibdir. Elektrik xətlərinin xüsusi yoxlanışdan keçirilməsi məsləhət görülür. Avtomobillərdə qısaqapanmanın yaranmaması üçün nəqliyyat vasitəsinin mühərrikini saxlayarkən işlək vəziyyətdə qoymaq təhlükəlidir. Avtomobillərdə hər hansı dəyişikliklər edildikdə bunu professional ustalara əmanət edin. Xüsusilə avtomobilin izolyasiya bağlantısına ciddi nəzarət yetirmək lazımdır. Daha çox yay fəslində kondisioner işlək vəziyyətdə olduqda avtomobili nəzarətsiz qoymaq olmaz”.
Orxan
Bu yolda belə etməyin: Qayda pozanlar cərimələnir - VİDEO
Göz görə-görə velosipedçini sıxışdırıb təhlükəli anlar yaşatdı - VİDEO
Sumqayıtdakı bu dairə sürücüləri çaşdırır; qaydalar nə deyir? - VİDEO
Ona yol verməyən sürücüdən belə qisas aldı, ardınca isə… - 99-TL-953 - VİDEO
Qarşıdan gələn maşının yoluna qəfil çıxıb təhlükəli anlar yaşatdı - VİDEO
M4 sağ zolaqdan düz getdi: Qayda pozuntusudur, yoxsa avtobuslara icazə verilir? - VİDEO
Skuterlə yolayrıcına necə gəldi girib qəza təhlükəsi yaratdı - VİDEO
Aeroport yolunda yük avtomobili TƏHLÜKƏ SAÇDI - VİDEO - YENİLƏNİB
Avtoxuliqanlıq edən sürücü 15 sutka HƏBS EDİLDİ - FOTO
Yükü yola tökülə biləcək halda daşıyıb sürücüləri təhlükəyə atdı - VİDEO
Əks yola çıxan sürücü qarşıdan gələnlərə qəza şəraiti yaratdı - VİDEO












