“Diqqət, siz borclu kimi axtarışdasınız!” - Vətəndaşların nəzərinə!

Son vaxtlar mülki-hüquqi öhdəliklərin icrasından yayınan borclu şəxs kimi axtarışda, habelə sərhədkeçməyə məhdudiyyət siyahılarında adlarının olub-olmaması barədə məlumatları əldə etmək üçün vətəndaşlardan Daxili İşlər Nazirliyinə müraciətlər daxil olmaqdadır. Avtosfer.az-ın məlumatına görə, Daxili İşlər Nazirliyi xatırladır ki, bu ilin iyunundan etibarən istifadəyə verilmiş interaktiv pəncərə vasitəsi ilə vətəndaşlar DİN-in rəsmi veb saytına (http://mia.gov.az/?//content/liability) daxil olmaqla, qeyd edilən elektron xidməti (Ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmış borclular barədə məlumatlar) seçərək pəncərələrdəki müvafiq şəxsi məlumatları doldurub təsdiq etməklə lazımi informasiyanı ala bilərlər.
Yeri gəlmişkən, qeyd edilən İnteraktiv pəncərədə iki variantda axtarış aparmaq mümkündür. Birinci variantda soyad, ad, ata adı və doğum tarixini qeyd etməklə, digər variantda isə şəxsiyyət vəsiqəsinin seriyasını, nömrəsini və şəxsin doğum tarixini göstərməklə. Daxil etdiyi məlumatın düzgünlüyünə əmin olması üçün vətəndaşlara hər iki variantda axtarış aparmaları tövsiyə olunur.
Əgər şəxs axtarışdadırsa, qırmızı rəngdə “Diqqət, siz borclu kimi axtarışdasınız!” cümləsi ekrana çıxır və həmin şəxs barəsində məlumatlar, o cümlədən axtarışı ilə bağlı hansı polis orqanına müraciət etməsi göstərilir. Vətəndaş borcunu müvafiq qaydada ödədikdən sonra onun barəsindəki məhdudiyyət aradan qaldırılır. Şəxs axtarışda deyilsə, o zaman ekranın aşağı hissəsində yaşıl rəngdə “Axtardığınız parametrlərə uyğun borclu barədə məlumat tapılmamışdır” cümləsi yazılır. Bu isə sorğu edilən şəxsin borclu kimi axtarışda olmadığının göstəricisidir.
Elmin
Zolağına sığmayan sürücü maşını sıxışdırıb qəza şəraiti yaratdı - VİDEO
Diqqət çəkmək istəyən sürücü qaydalara məhəl qoymadı – 50-DN-816 - VİDEO
Adacığın üzərindən sağa keçən taksi sürücüsü qəza şəraiti yaratdı - VİDEO
Qaranlıqda qəfil manevr edib qəza şəraiti yaratdı – 77-KC-374 - VİDEO
Əks yola çıxıb qəza şəraiti yaratdı, sonra qırmızıda keçdi - VİDEO
Maşının işıqlarını söndürüb taksi işləyən sürücü - VİDEO
Nəsimidə “şou” göstərən moped sürücüsü ölümə meydan oxudu - VİDEO
Qarşıdan gələn maşınlara yol vermədən əks yola çıxdı - 77-JR-972 - VİDEO
Bakıda “Hyundai” sürücüsü avtobusu digər zolağa sıxışdırdı - VİDEO
Bilərkdən qayda pozan sürücü özünə haqq qazandırdı - VİDEO
Bakıda qayda pozan “BYD” az qala motosikletlə toqquşacaqdı - VİDEO













