Dizel yanacağına yağ qatmayın, yoxsa... - VİDEO

Dizel yanacaqlı avtomobili olan sürücülərin bir çoxu usta məsləhəti olmadan yanacağa müxtəlif yağlar tökürlər. Onlar iddia edirlər ki, bununla avtomobilin ömrünü uzadırlar. Halbuki, tam əksinə, bu avtomobilə zərər verir. Üstəlik yanacağa belə müdaxilələr ekoloji cəhətdən də zərərlidir. Mütəxəsislər bununla bağlı sürücüləri xəbərdar edir. Söhbət yanacaq növü dizel olan avtomobildən gedir. Nurlan Zeynallı həm yanacaq sərfiyyatının azalacağına, həm də mühərrikdə əlavə səs olmayacağına görə yanacaq çəninə dizelin üzərinə mühərrik yağı əlavə edib. Amma bir müddət sonra tam əksini görüb. Əvvəlcə avtomobildən qara tüstü çıxıb. Bir neçə gündən sonra isə mühərrik işə düşməyib.
Hazırda bir çox sürücülər bu vasitədən istifadə edirlər. Dizel yanacaqlı avtomobil sürücüləri arasında apardığımız sorğu belə deməyə əsas verir.
Avtomobi ustası Sahil Ağabəylinin sözlərinə görə, bu düzgün yanaşma deyil. Yancağa yağ qatılması birmənalı olaraq avtomobilə zərər verir.
Usta belə halla rastlaşan sürücülərin təxminən 300-400 manat ziyana düşdüyünü deyir. Çünki həmin detallar sıradan çıxdığı üçün onu təmir etmək olmur. Ancaq yenisini almaq lazım gəlir ki, bu da həm vaxt itkisidir, həm də maddi ziyan.
Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:
Zolağına sığmayan sürücü maşını sıxışdırıb qəza şəraiti yaratdı - VİDEO
Diqqət çəkmək istəyən sürücü qaydalara məhəl qoymadı – 50-DN-816 - VİDEO
Adacığın üzərindən sağa keçən taksi sürücüsü qəza şəraiti yaratdı - VİDEO
Qaranlıqda qəfil manevr edib qəza şəraiti yaratdı – 77-KC-374 - VİDEO
Əks yola çıxıb qəza şəraiti yaratdı, sonra qırmızıda keçdi - VİDEO
Maşının işıqlarını söndürüb taksi işləyən sürücü - VİDEO
Nəsimidə “şou” göstərən moped sürücüsü ölümə meydan oxudu - VİDEO
Qarşıdan gələn maşınlara yol vermədən əks yola çıxdı - 77-JR-972 - VİDEO
Bakıda “Hyundai” sürücüsü avtobusu digər zolağa sıxışdırdı - VİDEO
Bilərkdən qayda pozan sürücü özünə haqq qazandırdı - VİDEO
Bakıda qayda pozan “BYD” az qala motosikletlə toqquşacaqdı - VİDEO












