"Döngələrdə avtobuslara yaxın hərəkət etməyin" - Aqil Rəhimovdan VACİB MƏLUMAT

Qəzaların baş verməsinin əsas səbəblərindən biri də manevr qaydasının pozulması hallarıdır. Avtosfer.az xəbər verir ki, xüsusilə iriqabaritli və uzunölçülü nəqliyyat vasitələri hərəkət zamanı müəyyən risklər yaradırlar. Belə ki, bu tip nəqliyyat vasitələrinin sürücüləri manevr etdikdə ətrafdakı digər avtomobilləri, xüsusilə də yan zolaqda hərəkət edənləri görmürlər. Bu isə əsasən “kor nöqtə” (sürücünün baxış bucağına düşməyən sahə) problemi ilə bağlıdır. Kor nöqtədə qalan avtomobil sürücüsü təhlükəni görmədiyindən, iriqabaritli nəqliyyat vasitəsinin manevri qəza ilə nəticələnə bilər.
Qəza əleyhinə kursların məşqçisi Aqil Rəhimov mövzu ilə bağlı sürücülərə müraciət edərək bu barədə xüsusi diqqətli olmağı tövsiyə edib. Onun sözlərinə görə, iriqabaritli nəqliyyat vasitələrinin — yük maşınlarının, avtobusların yaxınlığında dayanmaq və ya hərəkət etmək çox təhlükəlidir. Belə nəqliyyat vasitələrinin döngələrdə və manevr zamanı geniş radiusda hərəkət etməsi, onların ətrafında olan avtomobilləri görməməsi qəzanı qaçılmaz edə bilər. Aqil Rəhimov sürücülərə xəbərdarlıq edərək bildirib ki, xüsusilə döngələrdə avtobusların və böyük nəqliyyat vasitələrinin yanına yaxınlaşmamaq lazımdır.
Fərid
Narkotik qəbul edib maşın qaçırdı - Rayona gedəndə postda tutuldu
İkitərəfli yolda dayanmış hansı sürücü qaydanı pozur? - CAVAB VER, HƏDİYYƏ QAZAN
Hərbi xidmətə getməyə hazırlaşan gənc "BMW" ilə "avtoş"luq etdi - Məhkəməyə düşdü
Keçiddən keçən piyadanı görməzdən gəlib yoluna davam etdi - VİDEO
Yol polisinin yanında avtobus zolağına girən "Ferrari" saxlanıldı - FOTO - VİDEO
Motosikletin qabağına qəfil çıxan yük maşını qorxulu anlar yaşatdı - VİDEO
Bu qəzada günahkar kimdir; sürücü, yoxsa piyadalar? – Ekspert İZAH ETDİ - VİDEO
Xətaidə səfirliyə məxsus “BMW” piyadaları təhlükə ilə üz-üzə qoydu - VİDEO
Maşınlarını necə gəldi saxlayan sürücülər küçəni bağladı – 10-ZT-487 və 90-DM-898 - VİDEO
"ZİL" sürücüsü narkotikin təsiri altında SAXLANILDI - Ekologiya postunda - FOTO
Tıxacdan qaçan sürücü parkinq zolağına keçdi – 99-HQ-022 - VİDEO










