Döngəyə sərt girən “Hyundai” piyada qadını ölümlə üz-üzə qoydu - ANBAAN VİDEO

Hər bir insan sükan arxasında əyləşərkən ikiqat ehtiyatlı davranmalıdır. Qaydalara riayət etməklə yanaşı qarşısına hər an çıxa biləcək maneələri də nəzərə alaraq avtomobili idarə etmək lazımdır. Təəssüf ki, səbrsiz davranan bəzi sürücülər sürət həddini aşaraq qayda pozur və yoldakı əngəllərdən də yan keçə bilmir. Ən pis halda isə qayda pozan sürücü piyadanı vurur, yaxud avtomobillə toqquşaraq qəzaya səbəb olur. Xüsusilə dar yollarda, sərt döngələrdə və görmənin məhdudlaşdığı küçələrdə hər zaman sürücülərin diqqətli olması və sürəti maksimum həddə endirməsi bildirilir. Buna baxmayaraq hələ də qayda pozaraq təhlükəli vəziyyət yaradan sürücülər kifayət qədərdir.
Nəsimi rayonu Dilarə Əliyeva küçəsində kobud qayda pozaraq sürücü kameraya düşüb.
Avtosfer.az-ın məlumatına görə, hadisə bir neçə gün əvvəl günorta saatlarında qeydə alınıb. Videodan göründüyü kimi, yolayrıcından sağa dönən “Hyundai” markalı avtomobil yolu keçən piyadaya qəza təhlükəsi yaşadıb. Belə ki, o, eynisəviyyəli keçiddə hərəkət edən qadına məhəl qoymayıb və yolu anidən dönüb. Nəticədə təhlükəylə üz-üzə gələn piyada qorxu keçirib və hərəkətini saxlayaraq geri çəkilib. Avtomobil isə dayanmadan yoluna davam edib. Piyadanın ehtiyatlı davranması özüylə yanaşı sürücünün həyatını xilas etsə də, hər zaman belə olmur. Təbii ki, əks halda qəza qaçılmaz olur, hətta ölümlə nəticələnən bədbəxt hadisəyə səbəb olur.
Nərmin
Avtobus sürücüsündən TƏHLÜKƏLİ MANEVR: Qəza şəraiti yarandı - VİDEO
Sürət həddini 200-ə çatdıran sürücü saxlanıldı - Avtomobil duracağa yerləşdirildi – FOTO - VİDEO
Sol zolaqda dayanan sürücü həm yolu kəsdi, həm də sərnişini riskə atdı - VİDEO
Bakıda 50 nömrəli marşrut avtobuslarının son dayanacağı yenidən müəyyən olunacaq? - VİDEO
Qaydaları pozdu, sonra da polisə tabe olmadı
Maşının qarşısına qəfil çıxan yeniyetmə qəzanın bir addımlığından döndü - VİDEO
Ötmə qaydasından xəbəri olmayan sürücü manevr edib təhlükə yaratdı - VİDEO
Tıxacda dayanan qadın sürücü səkidə gəzən piyadaya görə cərimələndi - FOTO
Masazırda bir-biriylə yarışan moped sürücüləri yol boyu qəza şəraiti yaratdı - VİDEO
Bakıda hərəkətin intensiv olduğu yolu TIR-lar zəbt edib - VİDEO
Maşınına və nömrəsinə güvənən bu sürücü qanunu saymadı - 90-AZ-462 - VİDEO











