Banner

Dönmə işığı yandırmayıb təhlükə yaratdı, sonra sürücünün arxasına düşüb... - VİDEO

Qaydalar 27 May 2025 10:00 Oxunub 862
Dönmə işığı yandırmayıb təhlükə yaratdı, sonra sürücünün arxasına düşüb... - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Bakıda manevr qaydasını pozan sürücü təhlükəli vəziyyət yaradıb. Avtosfer.az xəbər verir ki, hadisə aprelin 24-də paytaxtın Ələsgər Ələkbərov küçəsində qeydə alınıb.

Belə ki, 77-RT-871 qeydiyyat nişanlı "Nissan" markalı avtomobilin sürücüsü dönmə işığı yandırmadan yolun ortasında qəfil sürətini azaldıb və sonra dayanıb. Görüntünü qeydə alan sürücü irad bildirdikdən sonra, qaydaları pozan sürücü onun arxasınca gəlib. O, Şəfaət Mehdiyev küçəsində qoşa xəttin tələbini pozaraq əks yola çıxıb və görüntünü qeydə alan sürücüyə irad bildirməyə başlayıb. Lakin ona yol hərəkəti qaydalarını pozduğu izah edildikdən sonra səhvini anlayıb və yoluna davam edib.

 

 

Fərid

ŞƏRH YAZ
Ad

E-mail

Şərh