Dönmə işığını yandırıb güzgüyə baxmayan sürücü qəza şəraiti yaratdı - VİDEO
Qaydalar
5 Sentyabr 2023 16:09
Oxunub 974
Bakə-Qazax yolundaa manevr qaydasını pozan sürücü təhlükə yaradıb. Avtosfer.az xəbər verir ki, hadisə sentyabrın 3-də, sözügedən yolun Kürdəmir rayon ərazisindən keçən hissəsində baş verib. Belə ki, 90-KV-536 qeydiyyat nişanlı “Ford” markalı avtomobilin sürücüsü dönmə işığını yandıraraq manevr etməyə çalışıb. Görüntünü qeydə alan avtomobil yaxınlaşan zaman, həmin sürücü manevrə başlayaraq qəza şəraiti yaradıb.
Əksər sürücülər elə düşünür ki, dönmə işığı yandırmaq üstünlük verir. Lakin qanunvericilikdə qeyd olunub ki, sürücü manevrə başlamazdan əvvəl dönmə işığını yandırmalıdır, daha sonra manevri təhlükəsiz şəkildə həyata keçirməlidir.
Könül
ŞƏRH YAZ
DİGƏR XƏBƏRLƏR