Dönmə işığını yandırıb istədiyi kimi hərəkət edən sürücü təhlükə yaratdı - VİDEO
Qaydalar
3 Fevral 2026 14:00

Sumqayıt şəhəri, Sülh prospektində qayda pozan sürücü avtomobilin videoqeydiyyatçısına düşüb.
Avtosfer.az-ın məlumatına görə, hadisə fevralın 2-də saat 11:58 radələrində qeydə alınıb.
Kadrlardan görünür ki, 77-NB-633 dövlət nömrə nişanlı “KIA” markalı avtomobilin sürücüsü manevr qaydalarını pozaraq solda hərəkətdə olan nəqliyyat vasitəsinə məhəl qoymadan həmin zolağa keçib. Nəticədə görüntünü qeydə alan sürücü üçün qəza şəraiti yaranıb.
Qeyd edək ki, dönmə işığının yandırılması sürücüyə hərəkət üstünlüyü vermir. Siqnal yalnız niyyəti bildirir, manevr isə digər hərəkət iştirakçılarının təhlükəsizliyi təmin edildikdən sonra həyata keçirilməlidir. Bu cür yanlış düşüncə isə yollarda qəza riskini artıran əsas səbəblərdən biridir.
Nərmin
Oxunub : 1196
DİGƏR XƏBƏRLƏR
3 Aprel 2026 20:42
Bu küçədə 1 saatda 100 sürücü niyə cərimələnir? — DYP-dən AÇIQLAMA
3 Aprel 2026 19:00
Stop nişanını görməzdən gələn avtobus sürücüsü qəza riski yaratdı - VİDEO
3 Aprel 2026 17:18
Gecə təhlükəsiz sürüşün qaydaları BUNLARDIR
3 Aprel 2026 16:41
"20 Yanvar" dairəsində maşınları sıxışdıran "BakuBus" SÜRÜCÜSÜ CƏZALANDIRILDI - VİDEO
3 Aprel 2026 16:06
Bakıda sürücü təhlükəli manevr etdi, qəza şəraiti yaratdı - VİDEO
3 Aprel 2026 13:30
Yük maşını dayanacağı blokladı – Sürücülər və piyadalar çətin anlar yaşadı - VİDEO
3 Aprel 2026 13:00
Sumqayıtda işıqforu saymayan avtobus sürücüsü sərnişinləri təhlükəyə atdı - VİDEO
3 Aprel 2026 09:44
Avtoxuliqanlıq edən sürücü 15 GÜN həbs olundu - VİDEO
2 Aprel 2026 20:33
Xırdalanda bu binanın yanında dayanmayın: Cərimə yazılır - VİDEO
2 Aprel 2026 20:06
Qadın avtomobili səkidə ər-arvadın üzərinə sürüb kişini döydürdü - VİDEO
2 Aprel 2026 17:30
Nizamidə karqo şirkətinin yaratdığı məhdudiyyət aradan qaldırıldı - FOTO
2 Aprel 2026 13:00
Bakıda avtobus sürücüsü eyni maşını iki dəfə təhlükəyə atdı - VİDEO
ŞƏRH YAZ










