Banner

Dostlarının “tırka”sı ilə “Tofaş”ı “ikitəkər” qaldırıb “şou” göstərdi - VİDEO

Qaydalar 3 Oktyabr 2025 19:03 Oxunub 842
Dostlarının “tırka”sı ilə “Tofaş”ı “ikitəkər” qaldırıb  “şou” göstərdi   - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Paytaxtın Yasamal rayonu, Nazim Hikmət küçəsində yol hərəkəti qaydalarını kobud şəkildə pozan sürücü videoya çəkilib.

Avtosfer.az-ın məlumatına görə, 90-VC-584 dövlət nömrə nişanlı “Tofaş” markalı avtomobilin sürücüsü yolboyu avtoxuliqanlıq edib. Kadrlardan göründüyü kimi, “sağ-sol” edən sürücü dairəyə yaxınlaşan zaman maşını təkərlərini yer səthindən qaldırıb və  iki təkər üzərində maşını sürüb. Bununla kifayətlənməyən sürücü dostlarının təhriki ilə “şou”suna davam edib. Belə ki, o, öncə sağa, daha sonra sola sərt manevr edərək yenidən təkər qaldırıb. 

Nərmin

ŞƏRH YAZ
Ad

E-mail

Şərh