Dövlət Avtomobil Nəqliyyatı Xidməti fəaliyyət istiqamətlərini açıqladı

Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin fəaliyyət istiqamətləri ilə bağlı əksəriyyət, xüsusilə də media az məlumatlı olduğundan, bəzən yazılan xəbərlərdə yanlışlığa yol verilir. Dövlət Avtomobil Nəqliyyatı Xidməti Nəqliyyat Departamenti kimi təqdim olunur və ya elə başa düşülür. Ona görə də Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin fəaliyyət istiqamətlərini açıqlamağı vacib hesab edirəm. Avtosfer.az xəbər verir ki, bu barədə milli.az-ın sorğusuna cavab olaraq Nəqliyyat Nazirliyi Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin (DANX) İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Şəfa Mehmanqızı bildirib. Onun sözlərinə görə, əvvəla, Nəqliyyat Departamenti hələ 2009-cu ildə ləğv edilib. Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin fəaliyyətinin isə təmin edilməsi Azərbaycan Respublikası Prezidentinin 20 iyul 2011-ci il tarixli 472 saylı Fərmanı ilə təsdiq edilib:
"Xidmətin fəaliyyət istiqamətləri aşağıdakılardır:
- avtomobil nəqliyyatı sahəsində dövlət siyasətinin işlənib hazırlamasında və bu sahədə normativ hüquqi tənzimləmənin həyata keçirilməsində iştirak;
- avtomobil nəqliyyatı ilə sərnişin və yük daşımalarının inkişafı sahəsində tədbirlərin görülməsi;
- beynəlxalq və ölkədaxili sərnşin və yük daşımalrını yerinə yetirən avtomobil nəqliyyatı subyektləri tərəfindən beynəlxalq norma və qaydalara, habelə Azərbaycan Respublikasının normativ hüquqi aktlarına riayət olunmasına nəzarət;
- avtomobil nəqliyyatı ilə müntəzəm sərnişin daşımalarının təşkilini və bu sahədə dövlət sifarişinin formalaşdırılmasının təmin edilməsi;
- avtomobil nəqliyyatı ilə daşımaların vahid norma və qaydalar əsasında təhlükəsiz yerinə yetirilməsi üçün qanunvericilikdə müəyyən edilmş qaydada tədbirlərin görülməsi;
- qanunvericilikdə müəyyən edilmiş digər istiqamətlərdə fəaliyyət".
Sumqayıtdakı bu dairə sürücüləri çaşdırır; qaydalar nə deyir? - VİDEO
Ona yol verməyən sürücüdən belə qisas aldı, ardınca isə… - 99-TL-953 - VİDEO
Qarşıdan gələn maşının yoluna qəfil çıxıb təhlükəli anlar yaşatdı - VİDEO
M4 sağ zolaqdan düz getdi: Qayda pozuntusudur, yoxsa avtobuslara icazə verilir? - VİDEO
Skuterlə yolayrıcına necə gəldi girib qəza təhlükəsi yaratdı - VİDEO
Aeroport yolunda yük avtomobili TƏHLÜKƏ SAÇDI - VİDEO - YENİLƏNİB
Avtoxuliqanlıq edən sürücü 15 sutka HƏBS EDİLDİ - FOTO
Yükü yola tökülə biləcək halda daşıyıb sürücüləri təhlükəyə atdı - VİDEO
Əks yola çıxan sürücü qarşıdan gələnlərə qəza şəraiti yaratdı - VİDEO
Avtobus zolaqlarına daxil olan maşınlara nəzarət artmalıdır - DEPUTAT
Cərimə meydançasında maşının saxlanılmasına görə ödəniş məbləği niyə artırılıb? - EKSPERT












