Dövlət hesabına hüquqi yardım üçün ayrılan məbləğ vəkillərə kifayət edirmi? – DEPUTAT REAL VƏZİYYƏTİ AÇIQLADI - FOTO

2025-ci il 28 aprel tarixində Azərbaycan Respublikası Nazirlər Kabinetinin 141 saylı Qərarı ilə vəkillik fəaliyyətinə dair mühüm dəyişiklik təsdiqlənib. Belə ki, dövlət hesabına göstərilən hüquqi yardım üçün ödənilən məbləğ 6 manatdan 11 manata qaldırılıb. Qərar özlüyündə dövlət hesabına hüquqi yardım göstərən vəkillərin gəlirlərinin müsbət istiqamətdə inkişafına səbəb olacaq. Lakin vəkillər arasında məbləğin daha çox artırıla biləcəyini düşünənlər də var.

Məsələ ilə bağlı deputat Bəhruz Məhərrəmov Avtosfer.az-a açıqlama verib. O bildirib ki, bu məbləğ əvvəllər cəmi 2 manat idi və Prezident İlham Əliyevin humanist siyasəti nəticəsində həmin məbləğ 6 manata çatdırılmışdı.
“Artıq uzun müddətdir müzakirə mövzusu olan bu məsələyə dair yeni yanaşmanın tətbiq olunması zəruri idi. İnflyasiya və ümumi iqtisadi faktorlar əvvəlki məbləğin real təsirini azaldıb. Məbləğin dərhal yüksək həddə qaldırılması qeyri-praqmatik olardı. Lakin məsələ araşdırıldı, Vəkillər Kollegiyasının iştirakı ilə müzakirələr aparıldı və nəticədə 6 manatdan 11 manata artırılması barədə qərar qəbul edildi”.

Deputatın fikrincə, bu artım sadəcə rəqəmsal dəyişiklik deyil, bu, vəkillik institutuna olan münasibətin göstəricisidir. Onun sözlərinə görə, bu qərar hüquqi yardımın simvolik xarakterini aradan qaldıracaq və vəkillərin bu prosesə daha ciddi yanaşmasına şərait yaradacaq:
“Bu, həm hüquqi yardımın keyfiyyətini artıracaq, həm də vəkillərin marağını gücləndirəcək. Artıq bu fəaliyyət formallıqdan çıxır. Bu ödəniş bütün vəkillərə deyil, yalnız dövlət hesabına hüquqi yardım göstərən vəkillərə şamil olunur. Məsələn, cinayət təqibi başladıldıqda, növbə əsasında təyin olunan vəkilin istintaq və məhkəmədəki fəaliyyəti bu məbləğə əsasən ödənilir.
Bu sahədə qanunsuzluq hallarına dair təcrübədə ciddi narahatlıq doğuran faktlar yoxdur. 2018-ci ildə imzalanan Prezident sərəncamı konkret rəqəm göstərmədən, hüquqi yardımların artırılması üçün siyasi iradənin mövcudluğunu ortaya qoymuşdu.
Bu qərar həm hüquqi yardımın effektivliyini artırmaq, həm də vəkillik sisteminə dövlətin verdiyi əhəmiyyəti ortaya qoymaq baxımından mühüm addım hesab olunur”.

Fidan
Narkotik qəbul edib maşın qaçırdı - Rayona gedəndə postda tutuldu
İkitərəfli yolda dayanmış hansı sürücü qaydanı pozur? - CAVAB VER, HƏDİYYƏ QAZAN
Hərbi xidmətə getməyə hazırlaşan gənc "BMW" ilə "avtoş"luq etdi - Məhkəməyə düşdü
Keçiddən keçən piyadanı görməzdən gəlib yoluna davam etdi - VİDEO
Yol polisinin yanında avtobus zolağına girən "Ferrari" saxlanıldı - FOTO - VİDEO
Motosikletin qabağına qəfil çıxan yük maşını qorxulu anlar yaşatdı - VİDEO
Bu qəzada günahkar kimdir; sürücü, yoxsa piyadalar? – Ekspert İZAH ETDİ - VİDEO
Xətaidə səfirliyə məxsus “BMW” piyadaları təhlükə ilə üz-üzə qoydu - VİDEO
Maşınlarını necə gəldi saxlayan sürücülər küçəni bağladı – 10-ZT-487 və 90-DM-898 - VİDEO
"ZİL" sürücüsü narkotikin təsiri altında SAXLANILDI - Ekologiya postunda - FOTO
Tıxacdan qaçan sürücü parkinq zolağına keçdi – 99-HQ-022 - VİDEO










