Dövlət qurumu yolu qazıb üzərini açıq saxladı - İnsanların həyatı təhlükə altındadır - VİDEO

Mehdiabad yolunda təhlükəli vəziyyət insanları narahat edir. Sürücülərdən biri bu nöqsanı qeydə alaraq şəxsi sosial şəbəkə hesabında paylaşıb və ictimaiyyətin diqqətinə çatdırıb. Avtosfer.az xəbər verir ki, sözügedən ərazidə təmir işləri ilə bağlı qazıntı işləri aparılıb. Lakin burada təhlükəsizlik tədbirlərinə riayət olunmaması vəziyyəti ciddiləşdirib.
Görüntülərdən aydın olur ki, qazılmış çuxur heç bir xəbərdarlıq nişanı, işıqlandırma, qoruyucu lent və ya baryerlərlə əhatə olunmayıb. Çuxurun üstünün açıq qalması həm sürücülərin, həm də piyadaların həyatını ciddi şəkildə təhlükə altına alır. Xüsusilə axşam saatlarında bu sahə qəzaların baş verməsinə səbəb ola bilər.
Yaranmış vəziyyətin dərhal aradan qaldırılması və təhlükəsizlik tədbirlərinin görülməsi zəruridir.
Fərid
Məhdudlaşdırılan sürücülük hüququnu necə geri qaytarmaq olar? – Ekspert AÇIQLADI - VİDEO
“BMW” ilə avtoxuliqanlıq edib sosial şəbəkədə paylaşdı; başına iş gəldi - VİDEO
Maşını öz keyfiylə sürən qadın arxadakı sürücünün səbrini tükətdi - VİDEO
Avtoxuliqanlıq edən moto sürücüsü həbs edildi; vəsiqəsi əlindən alındı - VİDEO
Bu sürücü nə maşına yol verdi, nə də piyadaya - 77-VD-015 - VİDEO
"Gözünü yumub" manevr edən taksi sürücüsü qəza şəraiti yaratdı - VİDEO
Qayda pozan TIR sürücüsü yolayrıcında dəhşətli qəza törətdi; yaralı var - VİDEO
Bakıda tıxacdan qaçmaq istəyən sürücü polisdən qaça bilmədi - VİDEO
"AA" seriyalı avtomobilin sürücüsü yolu kəsdi - VİDEO
Şəhərin mərkəzində nişanlara məhəl qoymayan sürücü qaydanı pozdu - VİDEO
Yolayrıcını düzgün keçə bilməyən avtobus sürücüsü əks yola çıxıb maneə yaratdı - VİDEO









