Dövlət qurumunun maşını yolu kəsdi, sürücü əsəbiləşdi - VİDEO

Qaydalar 28 Oktyabr 2024 13:30 Oxunub 238
Dövlət qurumunun maşını yolu kəsdi, sürücü əsəbiləşdi - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Dayanma-durma qaydasını pozan yük avtomobilinin sürücüsü hərəkətə çətinlik yaradıb. Avtosfer.az xəbər verir ki, hadisə oktyabrın 23-də, paytaxtın Gülarə Qədirbəyova küçəsində baş verib.

Belə ki, 99-JY-734 qeydiyyat nişanlı "İVECO" markalı avtomobilin sürücüsü ikinci cərgədə dayanaraq yolu kəsib. Arxadan gələn sürücülər həmin avtomobilə görə, zolağı dəyişməyə məcbur olublar.

Qeyd edək ki, sözügedən nəqliyyat vasitəsi Bakı şəhər yaşıllaşdırma Təsərrüfatı Birliyinə məxsusdur.

Bu qayda pozuntusunu törədən sürücü İnzibati Xətalar Məcəlləsinin 346.4-cü maddəsilə 2 bal 80 manat məbləğində cərimə oluna bilər.

 

Könül Rauf

ŞƏRH YAZ
Ad

E-mail

Şərh