Dövlətin yaratdığı "dayan-dincəl" məntəqəsindən ŞİKAYƏT: "Bizə icazə vermirlər" - VİDEO

Sürücülərdən biri Bakı-Şamaxı yolunda yerləşən "dayan-dincəl" məntəqəsində yaşadığı problemi işıqlandırıb. Avtosfer.az xəbər verir ki, Şamaxı rayonu istiqamətində yerləşən ilk "dayan-dincəl" məntəqəsində tualetdən istifadə etmək istəyən sürücü qapının bağlı olduğunu görüb. İşçilərə müraciət etdikdə isə təəccüblü bir cavabla qarşılaşıb. Ona bildirilib ki, tualet yalnız alış-veriş edən müştərilər üçün nəzərdə tutulub. Digər şəxslərin buradan istifadə etməsi qadağandır.
Xatırladaq ki, "dayan-dincəl" məntəqələrinin yaradılması "Yol Hərəkətinin Təhlükəsizliyinə dair 2019–2023-cü illər üçün Dövlət Proqramı" çərçivəsində həyata keçirilib. Layihənin əsas məqsədi, uzaq məsafələrə səyahət edən sürücülərin müəyyən fasilələrlə dayanaraq istirahət etməsi üçün lazımi şəraitin yaradılması idi. Bu məntəqələrdə tualet, istirahət sahələri, kafe və digər xidmətlər təşkil edilməklə sürücülərin ehtiyaclarını qarşılaması üçün nəzərdə tutulub.
Ancaq belə bir məhdudiyyətin tətbiqi sürücülərin hüquqlarını pozmaqla yanaşı, "dayan-dincəl" məntəqələrinin funksional məqsədinə kölgə salır. Dövlət Proqramının əsas prinsiplərinə görə, bu məntəqələr istənilən istifadəçiyə açıq olmalı və heç bir əlavə şərt qoyulmamalıdır. Tualet kimi xidmətlərin yalnız alış-veriş edənlərə təqdim olunması həm etik, həm də qanun çərçivəsində düzgün yanaşma deyil.
Avtosfer.az-a müraciət edən sərnişinlər və sürücülər bildirir ki, eyni hal Salyan yolunda yerləşən "dayan-dincəl" yolüstü məntəqəsində də yaşanıb.
Fərid
Sol zolaqda dayanan sürücü həm yolu kəsdi, həm də sərnişini riskə atdı - VİDEO
Bakıda 50 nömrəli marşrut avtobuslarının son dayanacağı yenidən müəyyən olunacaq? - VİDEO
Qaydaları pozdu, sonra da polisə tabe olmadı
Maşının qarşısına qəfil çıxan yeniyetmə qəzanın bir addımlığından döndü - VİDEO
Ötmə qaydasından xəbəri olmayan sürücü manevr edib təhlükə yaratdı - VİDEO
Tıxacda dayanan qadın sürücü səkidə gəzən piyadaya görə cərimələndi - FOTO
Masazırda bir-biriylə yarışan moped sürücüləri yol boyu qəza şəraiti yaratdı - VİDEO
Bakıda hərəkətin intensiv olduğu yolu TIR-lar zəbt edib - VİDEO
Maşınına və nömrəsinə güvənən bu sürücü qanunu saymadı - 90-AZ-462 - VİDEO
Maşını həm girişin qarşısında, həm də səkidə park edərək hərəkətə çətinlik yaratdı - VİDEO
Sürücü evakuatoru işıqforun altında saxlayıb hərəkətə maneə yaratdı – 77-TE-419 - VİDEO










