“Drift-şou” göstərən sürücü saxlanıldı: Məhkəmə 15 sutka həbs verdi – VİDEO

Səbaildə qaydaları kobud şəkildə pozaraq avtoxuliqanlıq edən sürücünün kimliyi müəyyənləşib.
DİN-in Mətbuat Xidmətindən Avtosfer.az-a bildirilib ki, paytaxtın Səbail rayonu, Bayıl qəsəbəsində avtoxuliqanlıq hərəkətləri edərək ictimai asayişi nümayişkaranə şəkildə pozan və digər hərəkət iştirakçılarına ciddi təhlükə yaradan sürücü saxlanılıb.
Belə ki, Bakı şəhər sakini 2003-cü il təvəllüdlü Cahad Əlizadə idarə etdiyi "Mersedes" markalı avtomobillə təhlükəli manervlər edərək buna dair görüntüləri sosial şəbəkələrdə paylaşıb.
Onun barəsində toplanmış materiallar baxılması üçün məhkəməyə təqdim edilib.
Məhkəmənin qərarı ilə 15 sutka inzibati qaydada həbs olunub.
***
13:13
***
Paytaxtın Səbail rayonu, Bayıl qəsəbəsində kobud qayda pozuntusu törədən sürücü özünü videoya çəkərək sosial şəbəkə hesabında paylaşıb.
Avtosfer.az-ın məlumatına görə, 99-XZ-024 dövlət nömrə nişanlı, “Mercedes” markalı avtomobilin sürücüsü yaşayış zonasında sərt manevrlər edib. Belə ki, “drift şou”su göstərən sürücü daha sonra paylaşdığı kadrda qəza törətdiyini bildirib. Bibiheybət yolunda qeydə alınmış digər görüntüdə isə o, düz xəttin tələbini pozaraq əks istiqamətli yolla hərəkət edib və bu zaman nəqliyyat vasitələrinə təhlükə yaradıb.
Xatırladaq ki, sürücünün törətdiyi qayda pozuntusu İnzibati Xətalar Məcəlləsinin 511.1-ci maddəsiylə nizamlana bilər.
Nərmin
Sürücülər Çin maşınlarını səkidə saxlayıb piyadalara mane olur - FOTO
"Sürücülərə bu halda tətbiq edilməlidir" - Cərimə balı sistemi - VƏKİL
Orta zolaqdan geriyə dönən qadın sürücü az qala qəza törədəcəkdi - VİDEO
Maşının işığını yolboyu yandırıb-söndürərək digər sürücüləri narahat etdi - VİDEO
Sürücü maşının qarşısına çıxıb qəza şəraiti yaratdı, üstəlik etiraz etdi - VİDEO
Qabağa düşmək istəyən sürücü sarı işıqda keçib tıxaca qaldı - VİDEO
Nakotikin təsiri altında traktor sürdü - Sürücülük hüququndan 2 illik məhrum edildi
Məhəlləarası yolda yarışa çıxdılar, yol polisi araşdırmaya başladı - VİDEO
Bu ərazidə avtobuslar taksilərin əlindən dayanacağa daxil ola bilmir - VİDEO
Maşını yolun ortasında park edib yoxa çıxan sürücünü DYP belə tapdı - FOTO
Qəsəbədə yük maşını hər gün piyada keçidini zəbt edir - 77-HN-425 - FOTO











