Duman işıqları ilə təhlükə yaradan avtobus sürücüsü - 99-JC-374 - VİDEO

Paytaxtın Xəzər rayonu, Şüvəlan qəsəbəsində qayda pozan sürücü kameraya düşüb.
Bu barədə izləyicilərdən biri Avtosfer.az-ın “Whatsapp” ünvanına video göndərib. Kadrlardan göründüyü kimi, “BakuBus” MMC-yə məxsus, 140 nömrəli marşrut xətti üzrə hərəkət edən 99-JC-374 dövlət nömrə nişanlı “BMC” markalı avtobusun sürücüsü ehtiyac olmadığı halda duman işıqlarını yandırıb. Bu isə arxadan gələn sürücünün məsafəni düzgün qiymətləndirilməsini çətinləşdirib.
Şikayətçinin sözlərinə görə, avtobus yolda hərəkətdə olarkən duman işıqları uzun müddət açıq qalıb.
Qeyd edək ki, duman işıqları Yol Hərəkəti Qaydalarına əsasən yalnız görünüşün məhdudlaşdığı hallarda — duman, leysan yağış, qar və ya işıqlanmanın kəskin zəif olduğu şəraitdə istifadə olunmalıdır. Bu işıqlar adi faralardan və stop-işıqlardan daha parlaq olduğundan, onların əsassız yandırılması həm göz qamaşdırır, həm də sürücülər arasında yanlış məsafə təəssüratı yaradır. Bu isə qəza riskini artıran amillərdən biridir.
Nərmin
Yasamalda piyada keçidini “dayanacağa” çevirən sürücü - 77-VA-640 - VİDEO
Təmirli yolda nişanları görməzdən gələn sürücü təhlükəli manevr etdi - VİDEO
Maşını yolun ortasına atıb gedən sürücü hamıya mane oldu - 10-AZ-596 - VİDEO
Motosiklet sürücüləri yolun ortasında söhbətləşərək TƏHLÜKƏ YARATDILAR - VİDEO
Geriyə dönməyə son anda qərar verən sürücü iki maşına təhlükə yaratdı - VİDEO
Narkotik qəbul edib maşın qaçırdı - Rayona gedəndə postda tutuldu
İkitərəfli yolda dayanmış hansı sürücü qaydanı pozur? - CAVAB VER, HƏDİYYƏ QAZAN
Hərbi xidmətə getməyə hazırlaşan gənc "BMW" ilə "avtoş"luq etdi - Məhkəməyə düşdü
Keçiddən keçən piyadanı görməzdən gəlib yoluna davam etdi - VİDEO
Yol polisinin yanında avtobus zolağına girən "Ferrari" saxlanıldı - FOTO - VİDEO
Motosikletin qabağına qəfil çıxan yük maşını qorxulu anlar yaşatdı - VİDEO










