Duman işıqlarından sui-istifadə edən avtobus sürücüləri təhlükə yaratdı - VİDEO

Bakının müxtəlif ərazilərində qayda pozan avtobus sürücüləri görüntülənib.
Bu barədə izləyicilərdən biri Avtosfer.az-ın “Whatsapp” adresinə videolar göndərib. Hadisə dekabrın 30-da axşam saatlarında qeydə alınıb. Heydər Əliyev prospektində lentə alınmış kadrlarda “BakuBus” MMC-yə məxsus, 38 nömrəli marşrut xətti üzrə hərəkət edən, 05403 eyniləşdirmə kodlu “BMC” markalı avtobusun sürücüsünün ehtiyac olmadığı halda duman işıqları ilə yol boyu hərəkət etdiyi görünür. Şikayətçinin iddiasına görə, həmin sürücü bu qayda pozuntusunu mütəmadi olaraq təkrarlayır.
Bir qədər sonra izləyici başqa ünvanda eyni vəziyyətlə üzləşib. Fətəli xan Xoyski küçəsində qeydə alınmış digər videoda “BakuBus” MMC-yə məxsus 38 nömrəli marşrut xətti üzrə hərəkət edən, 77-JT-801 dövlət nömrə nişanlı “BMC” markalı avtobusun da duman işıqları yandırılmış vəziyyətdə hərəkət etdiyi əks olunub. Bu səbəbdən ərazidən keçən digər sürücülərin hərəkəti çətinləşib.
Nərmin
Bakı küçələrində “Hyundai”la “şou” göstərən sürücü – 90-VK-085 - VİDEO
Təhlükəli ötmə edən “Land Rover” sürücüsü az qala ağır qəza törədəcəkdi - REAL VİDEO
Qəza şəraiti yaradan avtobus sürücüsü əl-qol atıb qarşı tərəfi haqsız çıxardı - VİDEO
Bir həftəlik qazancını 30 saniyəyə qurban verən moto kuryer - VİDEO
Qabağa düşmək istəyən taksi sürücüsü əks yola çıxıb ötmə etdi - VİDEO
Sərxoş halda maşın sürən məşhur müğənni saxlanıldı
Avtobusu qulağında telefon idarə edən sürücünü vətəndaş İFŞA ETDİ - VİDEO
Masazırda özünə yer tapa bilməyən sürücü ard-arda qaydaları pozdu - VİDEO
Maşını yolun ortasında park edən sürücü hərəkətə çətinlik yaratdı - VİDEO
Keçiddə təhlükəli anlar: Sürücü az qala piyadanı vuracaqdı - REAL VİDEO
Getdiyi yerdə qəfil tormoz verən sürücü bir ailəni təhlükə altında qoydu - VİDEO










