Dumanlı yolda işıqlarını söndürüb ölümə gedən sürücü - VİDEO

Qaydalar 16 Noyabr 2022 12:18 Oxunub 2166
Dumanlı yolda işıqlarını söndürüb ölümə gedən sürücü   - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Yolda ötmə qaydasını pozan sürücü qəza şəraiti yaradıb. Avtosfer.az xəbər verir ki, hadisə noyabrın 15-də, Ağsu yolunda baş verib. Belə ki,  dumanlı hava şəraitində əks yola çıxan sürücü ötmə edərək qarşıdan gələn avtomobilin üzərinə  sürüb.  Görüntünü qeydə alan sürücü tormoz verərək hadisədən yayına bilib.

Qeyd edək ki, məhdudiyyətli görünmə şəraitinin olmasına baxmayaraq sürücü nə yaxın işıqlardan istifadə edib, nə də ki, duman işıqlarından. Ümumiyyətlə duman olan yollarda əksər sürüclər qaydaları pozurlar və təhlükəsizlik tələblərinə əməl etmirlər.  Nəticədə isə ağır qəzalar baş verir.

Leyla

ŞƏRH YAZ
Ad

E-mail

Şərh