DYP-dən qanunsuz ambulanslar məsələsinə REAKSİYA - FOTO - YENİLƏNİB

Qaydalar 4 Sentyabr 2024 12:08 Oxunub 468
DYP-dən qanunsuz ambulanslar məsələsinə REAKSİYA  - FOTO - YENİLƏNİB
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Ötən gün ayrı-ayrı şəxslərin qanuni əsas olmadan təcili tibbi yardım avtomobillərində əhaliyə tibb xidməti göstərməsi ilə bağlı xəbər yayımlamışdıq.

Baş Dövlət Yol Polisi İdarəsinin rəsmisi, polis polkovnik-leytenantı Mübariz Ağayev cavab olaraq bildirib ki, Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzinin müraciəti əsasında araşdırma aparılaraq sözügedən məsələyə hüquqi qiymət veriləcək:

"Bir daha xatırladırıq ki, nəqliyyat vasitələrinin müvafiq icazə olmadan xüsusi (çoxavazlı) səs və ya sayrışan işıq siqnalları və ya operativ nəqliyyat vasitələri üçün müəyyən edilmiş rənglənmə sxemləri, yazılar və tanınma nişanları ilə təchiz edilməsi hüquqazidd əməldir.

Belə hallara qarşı DYP tərəfindən mütəmadi olaraq kəsərli mübarizə tədbirləri aparılır və bu kimi kobud qayda pozuntuları aşkarlandığı təqdirdə qanunda nəzərdə tutulmuş ən sərt inzibati tənbeh tətbirləri tətbiq edilir".

***

3 sentyabr, 17:13

Bir neçə gün əvvəl Bakıda fərdi şəkildə təcili yardım xidməti ilə məşğul olan şəxslərin peyda olduğu barədə məlumat vermişdik.

Avtosfer.az unikal-a istinadən xəbər verir ki, 99-BP-103 dövlət qeydiyyat nişanlı "Mercedes Vito" markalı avtomobilin sahibi nəqliyyat vasitəsinin üzərinə xüsusi səs siqnalı yerləşdirərək və "ambulans" yazısı qeyd edərək fərdi "tibbi xidmət"lə məşğul olur.

Bu avtomobil hər hansı dövlət xəstəxanasına, yaxud özəl klinikaya bağlı deyil, çünki onun üzərində hər hansı özəl klinikaya məxsus olmasına dair nişan yoxdur.

Araşdırmamız nəticəsində məlum oldu ki, həmin avtomobilin sahibi bu xidməti elan saytlarından birində təklif edir. 

O, xəstələrə "tibbi xidmət" göstərdiyini, onları klinikalara çatdırdığını bildirir və bunun üçün 59 azn ödəniş tələb edir.

Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzindən bildirilib ki, ambulansla pasiyentlərə tibbi xidmət göstərilməsi səyyar xidmətin tərkib hissəsidir və “Özəl tibb fəaliyyəti üzrə lisenziyalaşdırılan xidmətlərin və işlərin Siyahısı”na əsasən, lisenziya tələb edilən xidmət növüdür:

"Qeyd olunan faktlara dair bildiririk ki, AEM-nin Özəl tibb müəssisələrinə dair məlumat bazasında sizin şəklini göndərdiyiniz nəqliyyat vasitələri və müəssisələr barədə məlumat yoxdur. 

Qeyd edək ki, "Yol hərəkəti haqqında" Azərbaycan Respublikasının Qanununa əsasən, ölkəmizin әrazisindә bütün mexaniki nәqliyyat vasitәlәri vә onların qoşquları Daxili İşlər Nazirliyi tərəfindən qeydiyyata alınır və onlara nəzarət DİN-in səlahiyyətləri daxilindədir. 

Səhiyyə Nazirliyi tərəfindən nəqliyyat vasitələrinin fəaliyyətinə nəzarətin aparılması yalnız konkret şəxslərin tibbi xidmət göstərilməsinə dair hüquq mühafizə orqanları tərəfindən aşkar edilmiş və Səhiyyə Nazirliyinə təqdim edilmiş faktlar əsasında mümkün ola bilər. 

Yuxarıda qeyd olunanlara əsasən, DİN-ə müraciət edilib. Zəruri məlumatlar alındıqdan sonra qanunvericiliyə uyğun müvafiq addımlar atılacaq", - deyə məlumatda bildirilib.

 

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh